Nurməmməd Mustafayev
Nurməmməd Mustafayev — biologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Biologiya və Biotexnologiyalar İnstitutunun Bioinformatika laboratoriyasının aparıcı elmi işçisi. Pedaqoji fəaliyyəti də var və həm də molekulyar genetik laboratoriyanın aparıcı ekspertidir.
Nurməmməd Mustafayev | |
---|---|
Mustafayev Nurməmməd Şamil oğlu | |
Nurməmməd Mustafayev İctimai televiziyada çıxış edərkən, 2020-ci il. | |
Doğum tarixi | 15 oktyabr 1965 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Elm sahəsi | biologiya |
Elmi dərəcəsi | biologiya üzrə fəlsəfə doktoru |
Elmi adı | dosent |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, kimya fakültəsi (–1991) |
Haqqında məlumatlar
15 oktyabr 1965-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1991-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakultəsini fərqlənmə diplomu ilə bitirib.
Elmi fəaliyyəti
“Eukariot genomlarının struktur-funksional təşkilinin bəzi tənzimləyici elementləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
15-i xaricdə, 9-u beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda olmaqla çapdan çıxmış 30 elmi əsərin müəllifidir.
Əmək fəaliyyəti
1991-ci ildən AMEA Botanika İnstitutunun məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları şöbəsində əvvəl kiçik elmi işci, sonra elmi işçi, daha sonra isə böyük elmi işçi vəzifəsində işləyib.
2016-cı ildən AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun aparıcı elmi işçisidir.
Pedaqoji fəaliyyəti
AMEA Molekulyar biologiya və Biotexnologiyalar İnstitutunun magistraturasında ixtisas fənlərindən dərs deyir.
Digər fəaliyyəti
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” Elmi-Təcrübi və Tədris Birliyinin Biologiya şöbəsində Molekulyar genetik laboratoriyanın aparıcı ekspertidir.
Elmi-ictimai fəaliyyəti
AMEA tərəfindən nəşr olunan “Həyat Elmləri və Biotibb Jurnalı”nın və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi əsərləri jurnalının məsul katibidir.
Ədəbiyyat
- Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun fəlsəfə doktorları : Mustafayev Nurməmməd Şamil oğlu : [arx. 07.10.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 07.10.2021.
- Mühüm hadisələr : Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioinformatika laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Nurməmməd Mustafayevin 55 yaşı tamam olur : [arx. 07.10.2021] // AMEA Biologiya və Tibb Elmləri Bölməsi. — 2020. — 15 oktyabr. — Müraciət tarixi: 07.10.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |