İbrahim Rəsulov
İbrahim Rəsulov — tanınmış tarzən-pedaqoq. Dəfələrlə Azərbaycanda və xarici ölkələrdə təşkil olunmuş konsertlərdə çıxış etmiş, uzun müddət Şəkidəki müxtəlif musiqi məktəblərinin direktoru olmuş, üç ildən bir qədər artıq müddət ərzində isə Şəki şəhər mədəniyyət şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
İbrahim Rəsulov | |
---|---|
Rəsulov İbrahim Allahyar oğlu | |
İbrahim Rəsulov. | |
Şəxsi məlumatlar | |
Doğum adı | 20 avqust 1959 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
|
|
Musiqi aləti | tar |
Təhsili |
• Şəki Orta İxtisas Musiqi Məktəbi, tar ixtisası (1974–1978) • Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (1985–) |
Adının digər versiyaları | Ibrahim Resulov, Ibrahim Rasulov, Ибрахим Расулов, Ибрахим Ресулов, Ибраһим Рәсулов |
Haqqında məlumatlar
20 avqust 1959-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1966 – 1974-cü illərdə ildə Şəki şəhər M.Qorki adına 10 nömrəli orta məktəbində,
1968 – 1972-ci illərdə Şəki şəhər 1 №-li musiqi məktəbinin,
1974 – 1978-ci illərdə Şəki Orta İxtisas Musiqi Məktəbində təhsil alıb.
1985-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub.
Əmək fəaliyyəti
1978-ci ildən Jdanov (indiki Beyləqan) rayon Uşaq Musiqi Məktəbinə tar müəllimi,
1987-ci ilin sentyabr ayından 2001-ci ilin fevral ayınadək Şəki şəhər 3 №-li musiqi məktəbinin direktoru,
2001-ci ilin fevral ayından 2004-cü ilin iyun ayınadək Şəki şəhər mədəniyyət şöbəsinin müdiri,
2004-cü ilin avqust ayından 2005-ci ilin aprel ayınadək Şəki şəhər 5 №-li musiqi məktəbinin direktoru,
2005-ci ilin aprel ayından 2021-ci ilin oktyabr ayınadək Şəki 4 №-li musiqi məktəbinin direktoru vəzifəsində çalışıb.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |