Fərrux Yusubov
Vaqif Kərimov (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya:F{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış alimlərKateqoriya:Şəkidən...' ilə yarat) tərəfindən edilmiş 21:34, 28 iyun 2020 tarixli dəyişiklik
Fərrux Yusubov | |
---|---|
Yusubov Fərrux Oruc oğlu | |
Fərrux Yusubov, 1967-ci il | |
Doğum tarixi | 1916 |
Doğum yeri | Kiş, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 3 iyul 1976 (60 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ |
Təhsili | Sov.İKP MK yanında İctimai Elmlər Akademiyası |
Haqqında məlumatlar
1916-cı ildə nuxa qəzasının Kiş kəndində anadan olub.
Nuxa Pedaqoji Məktəbində təhsil aldıqdan sonra kənd məktəblərində müəllim, dərs hissə müdiri, direktor vəzifələrində işləyib.
1940-cı ildən hərbi xidmətə başlayıb, Böyük Vətən müharibəsində (1941 – 1945) iştirak edib.
1945-ci ildən sonra ali təhsil alıb, həmçinin Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirib.
Azərbaycan KP MK-da instruktor, Azərbaycan KP MK Zaqatala rayon və Nuxa şəhər komitələrinin katibi, Azərbaycan SSR Ali və Orta ixtisas Təhsili Nazirliyi idarəsinin rəhbəri vəzifələrində işləyib.