Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.

Cəlil Xəlilov

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) (→‎Ədəbiyyat) tərəfindən edilmiş 14:09, 21 iyul 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Cəlil Xəlilov
Xəlilov Cəlil Əliheydər oğlu
Cəlil Xəlilov
Cəlil Xəlilov
Anadan olub 14 mart 1924(1924-03-14)
Anadan olduğu yer Nuxa, Şəki qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat edib 7 dekabr 2004 (80 yaşında)
Milliyyəti azərbaycanlı
İxtisası rus dili və ədəbiyyatı
Təhsili

Nuxa İkiillik Müəllimlər İnstitutu, fizika-riyaziyyat fakültəsi (1940 – 1942)

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, rus dili və ədəbiyyatı fakültəsi (1948 – ?)
Mükafatları "Əmək veteranı" medalı "Qırmızı Əmək Bayrağı" ordeni  — 1980
"Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı — 1969

Cəlil Xəlilov (Xəlilov Cəlil Əliheydər oğlu; d. 14 mart 1924-cü ildə, Nuxa, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ − ö. 7 dekabr 2004-cü ildə, Bakı, Azərbaycan Respublikası) – tərcüməçi-jurnalist, SSRİ Jurnalistlər İttifaqının üzvü (1957), Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi (1969). Azərbaycanda mətbuat, nəşriyyat və kütləvi informasiya sahəsində çalışan kadrların peşə hazırlığının yüksəldilməsinə və ixtisaslarının təkmilləşdirilməsinə töhfə vermişdir. Həmçinin, Azərbaycan Milli Elmlər Akademiyası Terminologiya Komitəsinin üzvü olmuş, azərbaycan dilində yeni, daha işlək terminlərin yaradılması sahəsində əməli işlər görmüşdür. O cümlədən, “Əsrin müqaviləsi”nin və bir sıra beynəlxalq sənədlərin tərcüməsində də iştirak edib.

Haqqında məlumatlar

14 mart 1924-cü il tarixdə Nuxada anadan olub.

Təhsili

Fayl:Cəlil Xəlilov, atestat2.jpg
Cəlil Xəlilova verilmiş atestat.

1931 – 1940-cı illərdə Mirzə Fətəli Axundov adına Nuxa şəhər 2 nömrəli tam orta məktəbdə oxuyub; məktəbi əla qiymətlərlə bitirib.

1940 – 1942-ci illərdə Nuxa İkiillik Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsində təhsil alıb.

1948-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin rus dili və ədəbiyyatı fakültəsinə daxil olub.

Hərbi xidmət

1942 – 1946-cı illərdə Böyük Vətən müharibəsində iştirak edib.

Əmək fəaliyyəti

Cəlil Xəlilovun özü tərəfindən yazılmış tərcümeyi-hal.

1946-cı ildə M.Qorki adına 10 №-li Nuxa şəhər orta məktəbində rus dili müəllimi işləməyə başlayıb.

1950 – 1967-ci illərdə Azərbaycan Teleqraf Agentliyində (AzərTA) əvvəl tərcüməçi, sonra (1962 – 1967-ci illərdə) tərcüməçi redaktor və direktor müavini vəzifəsində çalışıb.

1967 – 1969-cu illərdə Azərbaycan KP MK-nın orqanı olan “Kommunist” qəzetinin redaksiyasında,

1969 – 1974-cü illərdə isə Azərbaycan KP MK yanında Partiya tarixi institutunda işləyib.

1974 – 1986-cı illərdə “Kommunist” qəzetinin redaksiyasında tərcüməçi və tərcümə şöbəsinin müdiri vəzifəsində çalışıb.

1986-cı ildə təqaüdə çıxsa da, əmək fəaliyyətini əvvəl Partiya tarixi institutunun partiya tarixi bölməsində baş elmi işçi kimi (1987), sonra Azərbaycan Respublikası Statistika Komitəsində ümumi şöbənin baş müfəttiş-tərcüməçisi (1992 – 1993) və AzərTAC-da tərcüməçi-redaktoru kimi, daha sonra isə Azərbaycan Beynəlxalq Bankında protokol şöbəsinin aparıcı və baş mütəxəssis-tərcüməçisi (1993 – 2000) kimi davam etdirib.

Təltiflər

Xatirəsi

2005-ci ildə Şəki şəhərində küçələrdən birinə Cəlil Xəlilovun adı verilib[1].

İstinadlar

  1. Şəki şəhər icra hakimiyyəti başçısının 28.06.2005-ci il tarixli, 1/122 saylı sərəncamı.

Ədəbiyyat

Şablon:Yaxşı məqalə