Yuxarı karvansara

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya:Y{{Tarixi abidə |Azərbaycanca adı = Yuxarı Karvansara |Orijinal adı = Yuxarı Karvansara |Şəkil = Yukhari kerv...' ilə yarat) tərəfindən edilmiş 02:22, 27 iyul 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Tarixi abidə
Yuxarı Karvansara
Yuxarı Karvansara
Yuxarı Karvansara, 2017-ci il
Yuxarı Karvansara, 2017-ci il
Ölkə Azərbaycan
Şəhər Şəki
Banisi Cəfərqulu xan Xoyski
Tikinti ???—1814 
Status tarixi abidə
Yuxarı karvansara (Yuxarı Baş)
Red pog.png
Koordinatlar 41°12′04″N 47°11′34″E / 41.201021°N 47.1928042°E / 41.201021; 47.1928042 Map marker.svg41°12′04″N 47°11′34″E / 41.201021°N 47.1928042°E / 41.201021; 47.1928042

Yuxarı KarvansaraŞəki şəhəri ərazisində yerləşən karvansara.

Yerləşməsi

Şəki şəhərinin Mirzə Fətəli Axundov küçəsində yerləşir[1].

Gürcənçayın qövsvari sahilində bir sıra obyektlər- şəhərin biznes mərkəzi olan Yuxarı və Aşağı Karvansaralar yerləşir. Karvansaralar feodal Şərqin labüd hissəsi olub, bura gəlib-getmiş bütün tarixçi və səyyahlar həmişə Azərbaycan haqqında danışarkən karvansaralara ayrıca yer ayırmış, çox vaxt isə onları təsvir etmişlər.

Tarixi

Ərazisində Böyük İpək Yolunun keçdiyi Azərbaycanın ən qədim sənətkarlıq, ipəkçilikticarət şəhəri olan Şəki karvan yolları vasitəsilə digər xanlıqların və bir çox xarici ölkələrin ticarət mərkəzlərini özündə birləşdirirdi. Əlbəttə ki, belə bir təbii-coğrafi və strateji şəraitə malik şəhərdə karvansaraların olmaması mümkün deyildir.

XVIII-XIX əsrlərdə şəhərdə inşa edilmiş karvansara binaların təkcə karvanların və səyyahların qalması üçün deyil, həm də müxtəlif ticarət əməliyyatlarının aparılması üçün də nəzərdə tutulurdu.

Özünün böyüklüyü və ticarət üçün əlverişliliyi ilə bütün Zaqafqaziyada məşhur olan Yuxarı Karvansara XVIII-XIX əsrlərdə Şəkidə olan 5 böyük karvansaradan (“İsfahan”, “Təbriz”, “Ləzgi”, “Erməni”, “Təzə Karvansara”) dövrümüzə qədər gəlib çatmış iki karvansaradan biridir. Digəri - Aşağı Karvansara.

XVIII əsrə aid olan hər iki abidə yerli ustalar tərəfindən tikilmişdir. Bu abidələr həm tikiliş həm də şərait baxımından çox rahat və gözəl olub, iri miqyaslı sövdələşmələrin, alış-verişlərin aparılması üçün əlverişli şəraitə sahib olmuşdur[2][3].

Karvansaranın planı

Ümumi sahəsi 6000 kvadratmetr olan Yuxarı Karvansaraya Şəki memarlığı üçün səciyəvi olan kərpic və çay daşının birlikdə işlədilməsi xüsusi kalorid verir.

Tikili relyefə uyğun olaraq küçəyə baxan hissədə 14 metr, içəri üzdən isə 8 metr hündürlükdə inşa edilmişdir. 300-dən artıq otaq və zirzəmidən ibarət olan karvansaranın 2 giriş darvazası vardır. Bina üç mərtəbəlidir. Tacir öz malını zirzəmiyə yığar, birinci mərtəbədə alver edər, ikinci mərtəbədə yaşayardı.

Darvazaların içəri hissəsinin tavanı kərpicdən tağlı günbəzlərdir. Yaxın Şərqdə ən böyük kərpic tağlı günbəzlərdən biri sayılan əsas girişin zəngin bəzənmiş tağı relyefin çox mailliyi üzündən binanın küncündə, üçüncü mərtəbə səviyyəsində inşa edilmişdir.

Sadə həyəti, tağbəndlərlə örtülü eyni ölçülü hücrələri, həyət eyvanları, hovuz və onları əhatə edən yaşıllıq karvansaranın ümumi kompozisiyasını tamamlayır.

Hazırkı vəziyyəti

Bu günə kimi öz gözəlliyini, memarlıq üslubunu qoruyub saxlayan və hazırda mehmanxana kimi istifadə olunan Yuxarı Karvansara Şəkinin zəngin maddi və mənəvi irsə malik bir şəhər olmaının bariz nümunəsidir[4].

İstinadlar

Şablon:İstinad stili

Həmçinin bax