Kərim ağa Şəkixanov
Kərim ağa Şəkixanov | |
---|---|
Şəkixanov Kərim ağa Fətəli xan oğlu | |
Kərim ağa Şəkixanovun qəbri üstündəki baş daşı. | |
Təxəllüsü | Fateh |
Doğum tarixi | ≈ 1788 |
Doğum yeri | Nuxa, Şəki xanlığı |
Vəfatı | 10 dekabr 1858 (70 yaşında) |
Vəfat yeri | Nuxa, Nuxa qəzası, Kaspi vilayəti, Rusiya İmperiyası |
Dəfn yeri | Xan qəbiristanlığı |
Atası | Fətəli xan |
Vətəndaşlığı | Şəki xanlığı→ Rusiya İmperiyası |
Kərim ağa Şəkixanov – Şəki xan nəslinin davamçılarından biri, Şəki xanlığının tarixinə dair əsərin müəllifi; həmçinin, “Fateh” təxəllüsü ilə şeirlər də yazıb.
Haqında məlumatlar
1788-ci ildə anadan olub.
Fars və ərəbcə yaxşı savad alıb[1].
Atası Fətəli xan öz qardaşı (Kərim ağanın əmisi) Məhəmmədhəsən xan tərəfindən kor edilsə də 1805-ci ildə 1 aya yaxın Şəki xanı olmuşdur. Elə həmin vaxt – 1 fevral 1805-ci il tarixdə[2], oğlu Kərim ağanı girov və təhlükəsizlik məqsədi ilə Şamaxı xanı Mustafa xanın yanına göndərib. Kərim ağa 7 il Şamaxıda, Mustafa xanın yanında saxlanılıb.
Kərim ağa 1829-cu ildə Şəki xanlığının tarixinə dair kiçik bir tarix əsəri qələmə alıb. Həmin əsər ilk dəfə 1858-ci ildə Sankt-Peterburqda “Şəki xnalarının ixtisar üzrə tarixi” adı ilə azərbaycan dilində çap edilib.
“Fateh” ədəbi təxəllüsü ilə şeirlər yazırdı.
Əl işləri də olub, ağacda oymalar açaraq naqqaşkarlıq edir, ağacdan bıçaqla qışıq yonurdu.
Nuxa qəzasında irsi mülkiyyətində olan bir neçə kiçik kəndi vardı.
1837-ci ilin payızında rus çarı I Nikolay Tiflisə gələrkən, onu qarşılamağa dəvət edilmiş müsəlman əsilzadələr arasında olub.
Dindar olub, Tiflisdə – I Nikolayla görüşdə, namaz vaxtı, namaz qılmaq üçün məclisi tərk edib.
14 aprel 1853-cü il tarixdə (digər mənbələrdə – maddeyi-tarixlərdə, 1842/1843) Nuxada böyük yanğın baş vermiş, Nuxa bazarı, Birinci Cümə məscidi və həmin ətrafdakı evlər yanğına məruz qalmışdır. Yanğından sonra Kərim ağa Şəkixanov Birinci Cümə məscidini bərpa etdirməyə başlamış, lakin bəzi yerlərini, – minarənin başını, pilləkənlərini və yanğına məruz qalmış digər yerlərini bərpa və təmir etdirməyə onun ömrü çatmamışdır.
Ailəsi
Müxtəlif vaxtlarda 3 arvadla evli olub; 10 övladı doğulmuş, lakin 5-i sağlığına vəfat etmişdir.
- Birinci arvadı Mollazadələrdən olub, bu arvaddan 7 uşağı doğulub, 3-ü sağlığında vəfat edib, 4-dü qalıb: Əbdülhəmid ağa, Mustafa ağa, İsmayıl ağa və Cəfər ağa.
- İkinci arvadı əmisi qızı dul Tuti ağa olub, bu arvaddan uşağı olmayıb, boşanıb.
- Üçüncü arvadı öz qarabaşlarından biri olub, bu arvaddan 3 oğlu doğulub, 2-si sağlığında vəfat edib, sonuncu oğlu Məmməd ağa Kərim ağa vəfat edərkən sağ idi və 1 yaşı vardı.
Həmçinin bax
İstinadlar
- ↑ Tahirzadə Ə.Ş., 2005, s. 12.
- ↑ Tahirzadə Ə.Ş., 2005, s. 90.
Həmçinin bax
Ədəbiyyat
- Tahirzadə Ə.Ş. Şəkinin tarixi qaynaqlarda. — Bakı: “Master” nəşriyyatı, 2005.
- Məmmədov A.S. Ədalət Tahirzadənin “Şəkinin tarixi qaynaqlarda” kitabı (azərb.) : “İpəkçi” qəzetinin saytı. — 2006.
- K
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış şair və yazıçılar
- Şəkinin tarixi haqqında məlumat verən müəlliflər
- 1788-ci ildə doğulanlar
- Qeyri-müəyyən ayda doğulanlar
- 10 dekabrda vəfat edənlər
- Dekabrda vəfat edənlər
- 1858-ci ildə vəfat edənlər
- Şair və yazıçılar
- Şəxslər (ad sırası ilə)
- Şəki xan qəbiristanlığında dəfn olunanlar