Abid Şərifov
Abid Şərifov | |||||||
---|---|---|---|---|---|---|---|
Şərifov Abid Qoca oğlu | |||||||
|
|||||||
Doğum tarixi | 6 yanvar 1940 | ||||||
Doğum yeri | Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ | ||||||
Təltifləri | |||||||
Commonsda da Abid Şərifov ilə əlaqəli mediafayllar var |
Şərifov Abid Qoca oğlu — Azərbaycan Respublikası Baş Nazirinin sabiq müavini (1995-2018).
Həyatı
Şərifov Abid Qoca oğlu 6 yanvar 1940-cı ildə Nuxada anadan olub
Təhsili
1957-ci ildə Nuxa şəhər 10 №-li orta məktəbini,
1962-ci ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun mülki tikinti fakültəsini bitirib.
Əmək fəaliyyəti
1962-ci ildə Bakı Baş Tikinti İdarəsində iş icraçısı, böyük iş icraçısı, texniki istehsalat şöbəsinin rəisi və baş mühəndis əvəzi,
1972-ci ildən 23 saylı tikinti idarəsinin rəisi vəzifəsində işləyib.
Daha sonralar Azərbaycan SSR Nazirlər Sovetinin əsaslı tikinti şöbəsində böyük referent, “Azərnəqliyyattikinti” trestinin rəisi,
1988-ci ildən "Azərnəqliyyatyoltikinti" Layihə-Sənaye Tikinti Birliyinin rəisi,
1991 – 1993-cü illərdə Türkiyədə Çerkesköy – Kapıkulu şəhərləri arasında dəmir yolunu elektrikləşdirən tikinti idarəsi rəisinin müavini,
1993-cü ildən “Azərnəqliyyatyoltikinti” Dövlət Şirkətinin prezidenti,
1995 – 2018-ci illərdə isə Azərbaycan Respublikası Baş Nazirinin müavini olub.
Evlidir, 2 övladı var.
Mükafatları
- “Şərəf nişanı” ordeni (1976)
- “Oktyabr inqilabı” ordeni (1980)
- "Azərbaycan Respublikasının əməkdar inşaatçısı" fəxri adı
- "Fəxri nəqliyyat inşaatçısı" fəxri adı
- “Şöhrət” ordeni (2014)
- Geniş lentli Gündoğar Ordeni (Yaponiya) – 2016[1]
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Şərifov Abid // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 525 – 526. — 1.000 nüsx.
İstinadlar
- ↑ Yaponiya İmperatoru Abid Şərifovu təltif edib. xeberle.com, 29.04.2016 (azərb.)
- A
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış dövlət xadimləri
- 6 yanvarda doğulanlar
- Yanvarda doğulanlar
- 1940-cı ildə doğulanlar
- "Oktyabr İnqilabı" ordeni laureatları
- "Şərəf Nişanı" ordeni laureatları
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- Dövlət xadimləri
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr