Coşqun Qarabulud
Coşqun Qarabulud | |
---|---|
türk.: Coşkun Karabulut | |
Coşqun Qarabulud. | |
Doğum tarixi | 5 noyabr 1956 |
Doğum yeri | Sarıqamış ilçəsi, Qars ili, Türkiyə |
Təhsili | Hacəttəpə Universiteti, sosiologiya bölümü ( – 1980) |
Coşqun Qarabulud ( türk.: Coşkun Karabulut; d. 5 noyabr 1956-cı ildə) – tanınmış türk şairi; 2017-ci ildə Şəkidə olarkən, bildirmişdir ki, anasının ailəsi vaxtilə Şəkidən Türkiyəyə miqrasiya etmişdir.
Haqqında məlumatlar
5 noyabr 1956-cı il tarixdə Türkiyənin Qars ilinin Sarıqamış ilçəsində anadan olub.
Təhsili
1975-ci ildə Sarıqamış liseyini
1980-cı ildə Hacəttəpə Universitetinin sosiologiya bölümünü bitirib.
Əmək fəaliyyəti
1981 – 2002-ci illərdə müxtəlif şəhərlərdə müxtəlif bankların filiallarında menecer vəzifəsində çalışıb.
2005 – 2014-cü illərdə Fethiye Ölüdəniz bələdiyyəliyində İncəsənət evinin müdiri olub.
Ədəbi yaradıcılığı
İlk şeiri Mərsində çıxan “Senfoni” jurnalında, sonrakı şeir və yazıları isə “Şiir Defteri”, “İlkyaz”, “Tını”, “Aykırı Sanat”, “Edebiyat Güncesi”, “Yaşam Sanat” jurnallarında dərc olunub.
Ədəbiyyat
- "Coşkun Karabulut". http://teis.yesevi.edu.tr/ (Türkçe). Türk Edebiyatı İsimler Sözlüğü. 2 Nov 2020 - 24 Nov 2020 tarixində arxivləşdirilib.
- "Türkiyəli şair Coşkun Karabulut Şəkidə..." https://sheki.arbtv.az/ (azərb.). ARB Şəki. 10 Oktyabr 2017. 10 Jan 2021 tarixində arxivləşdirilib.