MediaWiki:Təltif/SSRİ/Sovet İttifaqı Qəhrəmanı

Şəki Ensiklopediyası materialı
WikiSysop (müzakirə | redaktələr) tərəfindən edilmiş 05:34, 15 yanvar 2021 tarixli redaktə
Süleyman Eldarov
Eldarov Süleyman Əsgər oğlu
rus.: Эльдаров Сулейман Алескер огли
Süleyman Eldarov
Süleyman Eldarov, 1970-ci il.
Doğum tarixi 10 yanvar 1922(1922-01-10)
Doğum yeri Nuxa, Nuxa qəzası, Azərbaycan SSR
Vəfat tarixi 1995(1995-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00) (73 yaşında)
Vətəndaşlıq SSRİ
Hərbi fəaliyyəti
Qoşun növü artilleriya
Rütbə
Hərbi hissə 211-ci atıcı diviziya
Təltifləri I dərəcəli "Vətən Müharibəsi" ordeni"İgidliyə görə" medalı

Süleyman Eldarov (1922 – 1995) — SSRİ “Şöhrət” ordeninin tam kavaleri (bu Sovet İttifaqı Qəhrəmanı adına bərabərdir). Böyük Vətən müharibəsində (1941 – 1945) 38-ci sovet ordusunun 829-cu artilleriya polkunun 211-ci atıcı diviziyasında top komandirinin müavini (rus.: наводчик), top komandiri olmuşdur.

Haqqında məlumatlar

10 yanvar 1922-ci ildə Nuxada, fəhlə ailəsində anadan olub.

Təhsili

Nuxada orta təhsil alıb.

Böyük Vətən müharibəsində

9 yanvar 1942-ci il tarixində hərbi xidmətə çağırılıb.

18 aprel 1944-cü il tarixdə 829-cu artilleriya polkunun (211-ci atıcı diviziyası, 38-ci ordu, I Ukrayna cəbhəsi) yefreytoru idi və onun daxil olduğu topçu heyət düşmənin Çernelisa[1] yaşayış məntəqəsinə üç əks-hücumunu dəf etmiş, hitlerçi avtomatçıların azı bir bölüyünü (10 – 12 nəfərlik dəstə) məhv etmişdir.

24 iyul 1944-cü il tarixdə, gecə Lvov şəhərinin 13 km cənubundakı Zaqruje kəndində onun daxil olduğu topçu heyət 15-dən çox hitlerçini məhv edib. Həmin vaxt 829-cu artilleriya polkunun top komandirinin müavini idi.

26 iyul 1944-cü il tarixdə, Lvov şəhərindən 13 km cənubunda yerləşən Lipinki yaşayış məntəqəsi yaxınlığında düşmənin iki əks-hücumunu dəqiq atəşlərlə dəf edib. Bu isə atıcı bölmələrin Lvov – Strıy magistral yolunu tutmasına imkan yaradıb. Bu döyüşdə yaralansa da döyüş meydanını tərk etməyib.

9 fevral 1945-ci il tarixdə Polşanın Rabka şəhərindən 10 kilometr cənubda yerləşən Yasenisa kəndi yaxınlığında baş verən döyüşlərdə 829-cu artilleriya polkunun top komandiri (211-ci atıcı diviziyası, 38-ci ordu, IV Ukrayna cəbhəsi) serjant Süleyman Eldarovun başçılıq etdiyi topçu heyət əsas qüvvələrlə əlaqəni itirsələr də, üç gün ərzində düşmənin doqquz əks-hücumunu dəf etmiş, düşmənin, zirehli nəqliyyat vasitəsini və avtomobili sıradan çıxarmış, faşistlərin azı bir taqımını məhv etmişdir.

24 iyun 1945-ci il tarixdə Qızıl meydanda (Moskva) keçirilən Qərəbə paradında iştirak etmişdir.

1945-ci ilin dekabrında starşina əsgəri rütbəsi ilə ordudan tərxis olunub.

Böyük Vətən müharibəsindən sonra

1945-ci ilin dekabrında ordudan tərxis olunduqdan sonra Nuxaya qayıtmış, Nuxa şəhər məişət xidməti kombinatında zərgər peşəsində işləmişdir.

1975-ci ildə Konstantin Simonovun çəkdiyi “Əsgər getdi” (rus.: Шел солдат) adlı sənədli filmində ona aid ani bir süjet də göstərilib və qeyd olunub ki,

" 1943-cü ilin yayında – Kursk döyüşlərində, top komandiri baş leytenant Sergey Rudenko həlak olur, Süleyman Eldarov komandirliyi öz üzərinə götüərək dərhal pulemyot arxasına keçir və atəş açmağa başlayır, bundan sonra yaralansa da, atəşi dayandırmır. "

Həmçinin, filmdə müharibədən çox sonralar Süleyman Eldarovdan götürülmüş müsahibə də yer alıb .

Süleyman Eldarov Faşizm üzərində qələbənin 40 illiyi münasibəti ilə 9 may 1985-ci il tarixdə Qızıl meydanda keçirilən paradda da iştirak etmişdir.

Siyasi aktivliyi

1944-cü ildən ÜK(b)P-nın üzvü olub.

Təltifləri

Vəfatı

1995-ci ildə – 73 yaşında vəfat edib.

Xatirəsi

Şəki şəhərində bir küçəyə adı verilib.

Videolar

Aşağıdakı videonun 35:15-ci saniyəsində Eldar Süleymanov danışmağa başlayır ↓
Aşağıdakı videonun 4:03-cü saniyəsində Eldar Süleymanov danışmağa başlayır ↓


Eldar Süleymanovun nəvəsi Aylin Mustafazadənin babası haqqında hazırladığı video-çarx ↓
ARB Şəki televiziyası tərəfindən Eldar Süleymanov haqqında hazırlanmış video-çarx;
1:51-ci saniyədən sonra Konstantin Simonovun sənədli filmindən süjet göstərilir↓

İstinadlar və qeydlər

  1. indiki İvano-Frankov vilayəti (Ukrayna).

Ədəbiyyat

  • Mete Ə. Qələbə paradının iştirakçısı // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 431 – 432. — 500 nüsx.
  • Məmmədov Ə., Xalıqov F. İttifaqı Qəhrəmanı Təltif/SSRİ/Sovet // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 73. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  • "Эльдаров Сулейман Алескер Оглы". https://encyclopedia.mil.ru/ (русский). Минобороны России. 14 Jan 2021 tarixində arxivləşdirilib.
  • "ЭЛЬДАРОВ СУЛЕЙМАН АЛЕСКЕР ОГЛУ". http://www.savash-az.com/ (русский). САВАШ. 22 Nov 2017 – 31 Jan 2019 tarixində arxivləşdirilib.