Yusif Abdurrahmanov
Yusif Abdurrahmanov | |
---|---|
Abdurrahmanov Yusif Əhməd oğlu | |
Anadan olub | 1937 |
Anadan olduğu yer | Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, iqtisad fakültəsi (1955 – 1959) |
Yusif Abdurrahmanov – sovet dövründə Şəkidə bir sıra istehsal müəssisələrinə rəhbərlik etmiş şəxs; o cümlədənmuşdur.
Haqqında məlumatlar
1937-ci ildə Nuxada, qulluqçu ailəsində anadan olub.
Təhsili
1954-cü ildə M.Qorki adına Nuxa şəhər 10 №-li orta məktəbini bitirib.
1955 – 1959-cu illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin iqtisad fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
1959-cu ildə təyinatla V.İ.Lenin adına Nuxa ipək kombinatında işləməyə göndərilib.
Daha sonra Nuxadakı sənate kombinatında işləyib.
1964 – 1971-ci illərdə Nuxa/Şəki elektrik şəbəkəsi idarəsində plan-iqtisad şöbəsinin rəisi,
1971 – 1972-ci illərdə Şəki rayon plan komissiyasının sədri,
1972-ci ildən Şəki şəhər Partiya Komitəsində sənaye-nəqliyyat şöbəsinin müdiri,
1976 – 1978-ci illərdə Şəki şəhərindəki tikiş fabrikinin direktoru,
1978 – 1982-ci illərdə Şəkidəki tütün fermentasiya zavodunun direktoru,
1982 – 1984-cü illərdə V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyinin baş direktoru olub.
Ədəbiyyat
- Məlumat (azərb.) // İpəkçi : çoxtirajlı qəzet / Salis Məmmədov. — Şəki: Şəki mətbəəsi, 1982. —25 fevral c. — № 5 – 6 (1389). — Səh. 4.