Səttar Ələsgərli
Səttar Ələsgərli | |
---|---|
Ələsgərli Səttar Sabir oğlu | |
Səttar Ələsgərli, 2013-cü il. | |
Anadan olub | 16 iyun 1955 |
Anadan olduğu yer | Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Uşağı | Faiq Ələsgərov |
Atası | Sabir Əlsəgərov |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili | M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitu (1977–1982) |
Mükafatları |
Səttar Ələsgərli — tanınmış pedaqoq; uzun müddət Şəki şəhər 8 №-lı tam orta məktəbin direktoru vəzifəsində çalışıb.
Haqqında məlumatlar
1955-ci ildə Nuxada anadan olub.
Təhsili
1962 – 1972-ci illərdə Nuxa/Şəki 8 №-li rus məktəbində oxuyub.
1965 – 1972-ci illərdə Yeddiillik Uşaq Musiqi Məktəbinin tar şöbəsində musiqi təhsili alıb.
1974-cü ildə Leninqrad Dövlət Unıversitetinin jurnalistıka fakültəsinə daxil olmaq üçün imtahan verib, lakin müsabiqədən keçməyib.
1977 – 1982-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda təhsil alıb.
Hərbi xidmətdə
1974 – 1976-cı illərdə Sovet Ordusunda hərbi xidmət edib.
Əmək fəaliyyəti
1972 – 1973-cü ıllərdə Şəki radioverilişləri redaksiyasında müxbir kimi fəaliyyət göstərib.
1982-ci ıldə Şəki rayonun Böyük Dəhnə kəndindəki 2 №-li məktəbdə rus dili müəllimi işləyib.
1983-cü ildə yenidən təşkil olunmuş 9 №-li Şəki şəhər rus məktəbində rus dılı və ədəbiyyatı müəllimi,
1985 – 1992-ci illərdə isə direktor müavını vəzifəsində çalışıb.
1992 – 2000-ci illərdə Şəki şəhər 8 № li beynəlmiləl orta məktəbin direktoru olub.
Təltif və mükafatları
- Şəki şəhər İcra hakımıyyətinin fəxri fərmanı, 2 dəfə;
- Şəki şəhər Təhsil Şöbəsinin fəxri fərmanları, bir neçə dəfə;
- TİAHİ (Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı) Şəki Komitəsinin fəxri fərmanı;
- 2014-cü ilin dekabrında Respublıka prezıdentının sərəncamı ilə keçirilən “İlin ən yaxşı ümumtəhsil məktəbi” respublıka müsabiqəsində rəhbərlik etdiyi Şəki şəhər 8 №-lı tam orta məktəb son 5 ilin nəticələrinə görə qalib elan olunub;
- “Tərəqqi” medalı (2015).
Ailəsi
Ailəlidir, iki oğlu var
Həyat yoldaşı: Rumiyyə Ələsgərova Şəki şəhər 8 №-li beynəlmıləl tam orta məktəbdə fransız dılı fənnini tədris edir.
Böyük oğlu: Faiq Ələsgərov şahmat üzrə 3 dəfə Azərbaycan çempionu titulunu qazanıb və Dünya çempionatının gümüş mükafatçısı, Dünya olımpiadasının bürünc mükafatçısı, şahmat üzrə Dünya çempionatından medal gətirən ilk azərbaycanlı şahmatçıdır. Azərbaycan Dövlət Pedaqoji Dillər İnstitutunun məzunu olan Faiq Ələsgərov ABŞ-da Texas Unıversitetini bitirdikdən sonra orada Şahmat Akademıyası yaratmış və hazırda həmin Akademiyanın prezidentidir. Şahmat dərslikləri yazır. ABŞ şahmat Federaıyasının üzvüdür. Azərbaycan şahmatçıları ilə sıx əlaqələri var.
Kiçik oglu: Yusif Ələsgərov ali təhsilli iqtisadçıdır.