Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Faiq Ələsgərov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Chess tile kl-whitebg.svg
Faiq Ələsgərov
Ələsgərov Faiq Səttar oğlu
Faiq Ələsgərov
Faiq Ələsgərov, 2014-cü il.
Ölkə Flag of Azerbaijan.svg Azərbaycan
Doğum tarixi 30 aprel 1985 (1985-04-30) (36 yaş)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Atası Səttar Ələsgərli
Təhsili

Azərbaycan Dillər Universiteti, bakalavriat (2002–2006)

“Xəzər” Universiteti, magistratura (2006–2008)

Texas Texnologiya Universiteti, magistratura (2011–2015)

Faiq Ələsgərov — şahmat üzrə gənclər arasında keçirilmiş 1994-сu il dünya çempionatının və 2000-ci il ümumdünya olimpiadasının bürünc mükafatçısı, beynəlxalq dərəcəli usta. Həmçinin, San-Hose şəhərində (Kaliforniya, ABŞ) fəaliyyət göstərən Şahmat Akademiyasının prezidenti və bir sıra şahmat dərsliklərinin müəllifidir.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

30 aprel 1985-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1992 – 2002-ci illərdə Şəki şəhər 8 №-li beynəlmiləl tam orta məktəbdə,

2002 – 2006-cı illərdə Azərbaycan Dillər Universitetində (bakalavriat),

2006 – 2008-ci illərdə “Xəzər” Universitetində (magistratura),

2011 – 2015-ci illərdə ABŞ-ın Texas Texnologiya Universitetində (magistratura) təhsil alıb.

Şahmat fəaliyyəti[redaktə | HTML redaktə]

1991 – 2002-ci illərdə Şəki Uşaq Şahmat Məktəbində şahmatın sirlərini öyrənib.

1994-cü ildə perspektivli şahmatçı kimi Faiq Moskvada keçirilən kişilər arasında dünya olimpiadasında qonaq qismində iştirak edib və bir necə tanınmış qrossmeysterlə yoldaşlıq oyunu keçirib. Bundan sonra dəfələrlə Azərbaycan, Avropa və Dünya çempionatlarında, müxtəlif beynəlxalq şahmat turnirlərində iştirak edib və bir neçə dəfə mükafata layiq yerləri tutub.

2018-ci ildə San-Hose şəhərində (Kaliforniya, ABŞ) Şahmat Akademiyası təsis edib və həmin vaxtdan, həmin akademiyanın prezidenti kimi fəaliyyət göstərir.

Faiq Ələsgərov ABŞ-da təsis etdiyi şahmat klubunun üzvləri və məşqçi qrosmeystr Zviad İzoriya birlikdə.
Magnify-clip.png
Faiq Ələsgərov ABŞ-da təsis etdiyi şahmat klubunun üzvləri və məşqçi qrosmeystr Zviad İzoriya birlikdə.


Uğurları[redaktə | HTML redaktə]

  • Gənclər arasında Azərbaycan Çempionatı – 1-ci yer (1994, 1996, 1997);
  • Gənclər arasında Dünya Çempionatı – bürünc medal (Seqed, Macarıstan, 1994);
  • Şahmat üzrə Ümumdünya Gənclər Olimpiyadası – bürünc medal (Azərbaycan yığma komandasının tərkibində, 2000);
  • “Baku International Open” turniri – 1-ci yer (2000);
  • Şahmat üzrə Avropa Çempionatı (2400-dək reytinqi olan şahmatçılar arasında) – 1-ci yer (Türkiyə, 2004).
  • “Aeroflot Open” turniri – “C” qrupunda 5-ci yer (Moskva, 2004);
  • Metropoliten Chess Invitational – 1-ci yer (Los-Anceles, ABŞ, 2011);
  • Şahmat üzrə Panamerika çempionatı – 1-ci yer (2013);
  • Kaliforniya Klass Çempionatı – 1-ci yer (2013);
  • Prezident Kuboku turniri – 3-cü yer (2014);
  • Cənub-Qərb Universitet Çempionatı – 1-ci yer (2014).

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. "Our Coaches". http://www.advancechess.com/ (English). ADVANCE CHESS LLC. 20 May 2021 tarixində arxivləşdirilib.
  2. "Teacher: Faik Aleskerov". https://www.rossinca.org/ (English). Rossinca Heritage School and its licensors. 8 Aug 2020 - 28 Oct 2020 tarixində arxivləşdirilib.