Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7388 5183 5607 (05/26 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...

Nasir Mustafazadə

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 15:28, 26 iyun 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Nasir Mustafazadə
Mustafazadə Nasir Nadir oğlu
Nasir Mustafazadə
Nasir Mustafazadə
Doğum tarixi 10 may 1958 (1958-05-10) (66 yaş)
Doğum yeri Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Peşəsi “Azəri Servis LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru
Milliyyəti azərbaycanlı
İxtisası iqtisadçı-mühəndis
Təhsili Azərbaycan İnşaat Mühəndisləri İnstitutu
Mükafatları "Tərəqqi" medalı "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adı

Mustafazadə Nasir Nadir oğlu (Mustafazadə Nasir Nadir oğlu; d.  10 may 1958-ci il, Nuxa, Azərbaycan SSR, SSRİ ) — Azərbaycan Respublikasının əməkdar mühəndisi, “Azəri Servis LTD” MMC-nin direktoru.

Haqqında məlumatlar

1958-ci ildə Nuxada anadan olub.

1975-ci ildə Nuxadakı 12 saylı orta məktəbi bitirib.

1975 – 1980-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda təhsil alıb.

1980-ci ildə Baş Kolxozlararası Tikinti İdarəsinin Şəkidəki 7 nömrəli tikinti trestində əmək fəaliyyətinə başlayıb.

1981 – 1982-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub.

1983 – 1987-ci illərdə Şəkidə yenicə yaranmış Könüllü Yanğından Mühafizə Cəmiyyətinin sədri,

1987 – 1988-ci illərdə isə Şəki şəhər Abadlıq Kombinatının direktoru vəzifəsində işləyib.

1988-ci ildə seçki yolu ilə Şəki Kommunal Təsərrüfatı Birliyinin baş direktoru seçilib.

1991 – 2004-cü illərdə “Azərkəndsutəchizatı” Dövlət Konserninin 16 nömrəli Mexanikləşdirilmiş Səyyar Dəstəsinin rəisi olub.

2000-ci ildə “Azəri Servis LTD” Məhdud Məsuliyyətli Cəmiyyətini təsis edib və həmin vaxtdan bu şirkətin rəhbəridir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Mükafatları

  • Azərbaycan Respublikasında inşaat sahəsi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında inşaat sahəsində səmərəli fəaliyyətinə görə Mustafazadə Nasir Nadir oğlu “Tərəqqi” medalı ilə təltif edilmişdir.[1].
  • 10 aprel 2017-ci il tarixdə Mustafazadə Nasir Nadir oğlu Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə “Əməkdar Mühəndis” fəxri adı ilə təltif edilmişdir[2].

Ailəsi

Ailəlidir, üç övladı, üç nəvəsi var.

İstinadlar

  1. "Azərbaycan Respublikasında inşaat sahəsi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2014-cü il tarixli, 371 nömrəli Sərəncamı". e-qanun.az (azərb.). 10 aprel 2014. İstifadə tarixi: 12 noyabr 2019.
  2. "İnşaat işçilərinə "Əməkdar Mühəndis" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2017-ci il tarixli Sərəncamı". e-qanun.az (azərb.). 10 aprel 2017. İstifadə tarixi: 12 noyabr 2019.

Şablon:Yaxşı məqalə