Rafiq Hüseynov

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış alimlə...' ilə yarat) tərəfindən edilmiş 14:57, 16 may 2021 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Rafiq Hüseynov
Hüseynov Rafiq Qurban oğlu
Rafiq Hüseynov
Doğum tarixi 22 oktyabr 1946 (1946-10-22) (78 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi texnika
Elmi dərəcəsi texnika elmləri doktoru
Elmi adı professor
Mükafatları "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı

Rafiq Hüseynov — texnika elmləri doktoru, Azərbaycan Texniki Universitetinin metalşünaslıq və materiallar texnologiyası kafedrasının professoru, Azərbaycan Respublikasının əməkdar elm xadimi.

Haqqında məlumatlar

22 oktyabr 1946-cı il tarixdə Nuxada (indiki Şəki), ziyalı ailəsində anadan olub.

Təhsili

Nuxa şəhər 6 №-li məktəbində ibtidai təhsil alıb.

1963-cü ildə Bakı şəhərində orta təhsilini tamamlayıb.

1968-ci ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunu (mühəndis-metallurq ixtisası üzrə) əla qiymətlərlə bitirib.

1975-ci ildə aspiranturanı bitirib.

1981 – 1982-ci illərdə T.Şevçenko adına Kiyev Dövlət Universitetində fransız dili kurslarını,

1982-ci ildə Fransa Respublikasında fransız dilinin təkmilləşdirilməsi kursunu bitirib.

Əmək fəaliyyəti

1968-ci ildən Novokuznetsk Metallurgiya zavodunda mühəndis, Bakı əlvan metalların emalı zavodunda usta, baş texnoloq, sex rəisi,

1969 – 1971-ci illərdə V.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda əvvəl laborant, sonra assistent, daha sonra baş müəllim,

1985 – 1988-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasının Bumerdes şəhərindəki Yüngül Sənaye Universitetində kafedra müdiri,

1996 – 2016-cı illərdə Azərbaycan Texniki Universitetində kafedra müdiri vəzifəsində çalışıb.

İkinci iş yerləri

2007 – 2016-cı illərdə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin «Elm, İnnovasiya və İnformasiya Texnologiyaları» şöbəsinin müdiri olub.

Elmi fəaliyyəti

1975-ci ildə namizədlik dissertasiyasını,

1992-ci ildə hərbi və kosmos sənayesi sahələrində tətbiq olunan xüsusi konstruksiya materiallarının yaradılması mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Texnika elmləri doktoru, professordur.

Xəzər dənizində quraşdırılmış və quraşdırılan stasionar platformaların, neft-qaz borularının hazırlanmasında istifadə olunan poladların müəlliflərindən biridir. Çoxsaylı mühəndis, magistr, bakalavrların diplom, buraxılış işlərinə rəhbərlik etmiş, 9 aspirantın elmi rəhbəri və bir neçə elmlər doktoru dissertasiyalarının elmi məsləhətçisi olmuşdur. Hərbi və xüsusi təyinatlı 9 patentin, 12 müəlliflik şəhadətnaməsinin (hamısı SSRİ və RF), 185 elmi məqalələrin, 8 dərsliyin (3-ü fransız dilində xaricdə çap olunub), çoxsaylı dərs vəsaitlərinin, tədris proqramlarının müəllifidir. Onun elmi məqalələrinin əksəriyyəti ABŞ, Fransa, Almaniya, Əlcəzair, Türkiyə, Rusiya, Ukrayna, İran, Avstriya, BƏR və bir sıra digər xarici ölkələrin nüfuslu elmi jurnallarında çap olunub.

İctimai-siyasi və elmi-ictimai fəaliyyəti

1976-1981-ci illərdə Bakı şəhər Oktyabr (indiki Yasamal) rayon və respublika gənc alimlər şurasının sədri olub.

1978-ci ildə Moskvada keçirilmiş ÜİLKGİ-nin XVIII qurultayında Azərbaycanın nümayəyəndəsi kimi iştirak edib.

1985 – 1988-ci illərdə Əlcəzairin Bumerdes şəhərində işləyərkən həmin şəhərdə çalışan Sovet mütəxəssislərinin partiya komitəsi katibinin müavini olub.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinində və Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən fəlsəfə və elmlər doktorlarının müdafiəsi üzrə xüsusiləşdirilmiş elmi şuraların üzvüdür.

1994-cü ildən «Şəki Ziyalıları» Xeyriyyə Cəmiyyətinin sədridir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Təltif və mükafatları

Prof. R.Hüseynov «Komsomol mükafatı», Z.A.Tağıyev adına «Respublika mükafatı» laureatıdır, «SSRİ İxtiraçısı»-dır, iki dəfə «Əmək Rəşadəti» medalları ilə, kosmik və hərbi sənaye sahələrində geniş tətbiq ounmuş konstruksiya materiallarının yaradıcısı kimi SSRİ EA-nın xüsusi medalı ilə təltif olunub.

2015-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Respublika müdafıə sənayesinin inkişafında xüsusi xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə «Dövlət qulluğunda fərqlənməyə görə» medalı ilə təltif olunmuşdur.

31 dekabr 2020-ci il tarixində mühəndis-texniki və elmi kadrların hazırlığında və Müdafiə Sənayesi sahələrində xüsusi səmərəli fəaliyyətinə görə Prezidentin Sərəncamı ilə “Əməkdar Elm Xadimi” fəxri adına layiq görülmüşdür.

Ailəsi

Evlidir, iki oğlu var. Həm həyat yoldaşı, həm də oğlanları texnika, hüquq və tibb üzrə fəlsəfə doktorlarıdır.

Atası Hüseynov Qurban Zəkəriyyə oğlu isə Şəkinin tanınmış ziyalılarından biri olmuş və uzun müddət Nuxa (Şəki) şəhər-rayon partiya-sovet orqanlarında rəhbər vəzifələrdə çalışmışdır.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Hüseynov Rafiq // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 247 – 249. — 1.000 nüsx.

Şablon:Yaxşı məqalə