Faiq Ələsgərov
Faiq Ələsgərov | |
---|---|
Ələsgərov Faiq Səttar oğlu | |
Faiq Ələsgərov, 2014-cü il. | |
Ölkə | Azərbaycan |
Doğum tarixi | 30 aprel 1985 |
Doğum yeri | Şəki, Azərbaycan SSR, SSRİ |
FİDE reytinqi | 2400-dən az (aprel 2022) |
Atası | Səttar Ələsgərli |
Təhsili |
Azərbaycan Dillər Universiteti, bakalavriat (2002–2006) “Xəzər” Universiteti, magistratura (2006–2008) Texas Texnologiya Universiteti, magistratura (2011–2015) |
Faiq Ələsgərov — şahmat üzrə gənclər arasında Dünya Çempionatının bürünc mükafatçısı və üçqat Azərbaycan çempionu, Beynəlxalq Usta və tanınmış pedaqoq, San-Hose şəhərində (Kaliforniya, ABŞ) fəaliyyət göstərən Şahmat Akademiyasının prezidenti.
Haqqında məlumatlar
30 aprel 1985-ci il tarixdə Şəkidə anadan olub.
Təhsili
1992 – 2002-ci illərdə Şəki şəhər 8 №-li beynəlmiləl tam orta məktəbdə,
2002 – 2006-cı illərdə Azərbaycan Dillər Universitetində (bakalavriat),
2006 – 2008-ci illərdə “Xəzər” Universitetində (magistratura),
2011 – 2015-ci illərdə ABŞ-ın Texas Texnologiya Universitetində (magistratura) təhsil alıb.
Şahmat fəaliyyəti
1991 – 2002-ci illərdə Şəki Uşaq Şahmat Məktəbində şahmatın sirlərini öyrənib.
1994-cü ildə perspektivli şahmatçı kimi Faiq Moskvada keçirilən kişilər arasında dünya olimpiadasında qonaq qismində iştirak edib və bir necə tanınmış qrossmeysterlə yoldaşlıq oyunu keçirib. Bundan sonra dəfələrlə Azərbaycan, Avropa və Dünya çempionatlarında, müxtəlif beynəlxalq şahmat turnirlərində iştirak edib və bir neçə dəfə mükafata layiq yerləri tutub.
2018-ci ildə San-Hose şəhərində (Kaliforniya, ABŞ) Şahmat Akademiyası təsis edib və həmin vaxtdan, həmin akademiyanın prezidenti kimi fəaliyyət göstərir.
Faiq Ələsgərov ABŞ-da təsis etdiyi şahmat klubunun üzvləri və məşqçi qrosmeystr Zviad İzoriya birlikdə.
Uğurları
• Gənclər arasında Azərbaycan Çempionatı – 1-ci yer (1994, 1996, 1997); • Gənclər arasında Dünya Çempionatı – bürünc medal (Seqed, Macarıstan, 1994); • Şahmat üzrə Ümumdünya Gənclər Olimpiyadası – bürünc medal (Azərbaycan yığma komandasının tərkibində, 2000); • “Baku International Open” turniri – 1-ci yer (2000); • Şahmat üzrə Avropa Çempionatı (2400-dək reytinqi olan şahmatçılar arasında) – 1-ci yer (Türkiyə, 2004). • “Aeroflot Open” turniri – “C” qrupunda 5-ci yer (Moskva, 2004); • Metropoliten Chess Invitational – 1-ci yer (Los-Anceles, ABŞ, 2011); • Şahmat üzrə Panamerika çempionatı – 1-ci yer (2013); • Kaliforniya Klass Çempionatı – 1-ci yer (2013); • Prezident Kuboku turniri – 3-cü yer (2014); • Cənub-Qərb Universitet Çempionatı – 1-ci yer (2014).
Ədəbiyyat
- "Our Coaches". http://www.advancechess.com/ (English). ADVANCE CHESS LLC. 20 May 2021 tarixində arxivləşdirilib.
- "Teacher: Faik Aleskerov". https://www.rossinca.org/ (English). Rossinca Heritage School and its licensors. 8 Aug 2020 - 28 Oct 2020 tarixində arxivləşdirilib.