Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.

Əbdüləli bəy Əmircanov

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 13:47, 29 may 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Əbdüləli bəy Əmircanov
Əmircanov Əbdüləli bəy Şirəli bəy oğlu
Əbdüləli bəy Əmircanov
Əbdüləli bəy Əmircanov.
bayraqAzərbaycan Xalq Cümhuriyyətinin 1-ci maliyyə naziribayraq
17 iyun 1918 — 6 oktyabr 1918
Sələfi vəzifə təsis edilib
Xələfi Məmmədhəsən Hacınski
Şəxsi məlumatlar
Doğum tarixi (18)  30 may 1874(1874-05-30)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 1948(1948-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00) (74 yaşında)
Atası Şirləli bəy Əmircanov
Anası Fatma xanım (Mustafa ağa Şəkixanovun qızı)
Həyat yoldaşı Səltənət xanım
Təhsili Aleksandrovsk Müəllimlər İnstitutu (–1888, Tiflis)

Əbdüləli bəy Əmircanov (1874–1948) — Azərbaycan Xalq Cümhuriyyətinin parlament üzvü; həmçinin, cümhuriyyətin ikinci nazirlər kabinetində maliyyə naziri postunu tutmuşdur. 1920-ci il aprelin 27-də Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Türkiyəyə mühacirət edib.

Haqqında məlumatlar

30 (18) may 1870-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1876 – 1883-cü illərdə Nuxa şəhər məktəbində təhsil alıb.

1888-ci ildə Tiflisdə Aleksandrovsk Müəllimlər İnstitutunu bitirib.

Əmək fəaliyyəti

1888-ci ildən Nuxa şəhər məktəbində müəllim işləyib.

XIX əsrin axırlarında Lənkərana köçüb və orada müəllim işləyib.

XX əsrin əvvəllərində Bakıya köçmüş və rus-tatar məktəblərində dərs deyib; həmçinin, dövlət idarələrində və müxtəlif şirkətlərdə mühasib olaraq çalışıb, “Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti”nin və “Nəşri-Maarif” cəmiyyətinin işlərində yaxından iştirak edib.

1918-ci ilin 17 iyunundan 6 oktyabrına qədər – Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə naziri vəzifəsini tutub.

1918-ci ilin 6 oktyabrdan – 7 dekabrına qədər Dövlət Müfəttişi vəzifəsində çalışıb.

İctimai-siyasi fəaliyyəti

XIX əsrin axırlarında Lənkəranda yaşayarkən o dövrün tanınmış maarifçisi olan Teymur bəy Bayraməlibəyovla (1862 – 1937) birlikdə bir çox mədəni-maarif tədbirləri həyata keçirmişdir.

1918-ci ilin martında yaradılmış Milli Müsəlman Şurası Müvəqqəti İcraiyyə Komitəsinin üzvü olub və mart-aprel aylarında daşnak-bolşeviklər tərəfindən həyata keçirilmiş müsəlman qətliamının qarşısını almağa çalışan ziyalılardan biri idi.

1918-ci ilin dekabrın 7-də fəaliyyətə başlamış Azərbaycan Cümhuriyyətinin parlamentində bitərəflər qrupunun üzvü olub.

1919-cu ildə Behbud xan Cavanşirlə birlikdə xarici ölkələrlə ticarət əlaqələri qurmaq üçün Bakıda “Dəyanət” şirkəti yaradıb.

1928-ci ilin iyununda M.Ə.Rəsulzadənin sədrlik etdiyi Azərbaycan Milli Mərkəzinin 1927-ci ildəki birinci və 1928-ci ildəki ikinci heyətinin üzvü olub.

Digər

1918-ci ilin sentyabrında Türk İslam Ordusunun Bakıya yürüşü zamanı Behbud xan Cavanşir ilə birlikdə Ələtin alınmasında iştirak edib.

Vəfatı

Əmircanovların ailəvi qəbiri, – Fəriköy məzarlığı, İstanbul. Türfkiyə.

1948-ci ildə İstanbulda vəfat edib və İstanbuldakı Fəriköy məzarlığında dəfn edilib.

Ailəsi

Atası: Şirləli bəy Əliəşrəf bəy oğlu Əmircanov (1847-1922) quberniya katibi(ru) mülki məmur rütbəsinə malik idi və və bir sıra məsul vəzifələrdə işləmişdir.

Anası: Fatma xanım, Mustafa ağa Şəkixanovun qızı.

XIX əsrin axırlarında Lənkəranda yaşayarkən ailə qurub.

Ədəbiyyat

  1. Mərdanov M, Tahirzadə Ə. ƏMİRCANOV Əbdüləli bəy Şirəli bəy oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı).. — Bakı: Təhsil, 2019. — II  cild. — Səh.: 455-463. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 15 may 2021.

Aidiyyəti linklər

  1. Yaqublu N. Cümhuriyyətin Maliyyə naziri Əbdüləli bəy Əmircanov (azərb.) // 525-ci qəzet : qəzet. — Bakı, 1918. — В. 18 oktyabr. — № 182. — Səh. 6. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 18 Oct 2018 - 3 Nov 2018.
  2. ƏMİRCANOV Əbdülәli bәy Şirәli bәy oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII  c. — Səh. ?. — ISBN 978-9952-441-13-0.
  3. Əhməd D. Əmircan ailəsi – İstiqlal uğrunda bir əsr (azərb.) // Teleqraf.com : sayt. — 22 Aprel 2019. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 19 Feb 2020 - 12 Apr 2021.

Şablon:Yaxşı məqalə