Elşən Nəsibov
Jump to navigation
Jump to search
Elşən Nəsibov | |
---|---|
Nəsibov Elşən Məhəmməd oğlu | |
![]() | |
Elşən Nəsibov, 2019-cu il | |
Doğum tarixi | 10 iyun 1984 |
Doğum yeri |
Şəki, ![]() ![]() |
Vətəndaşlıq |
![]() ![]() |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Sumqayıt Dövlət Universiteti |
Elşən Nəsibov — Şəki şəhər bələdiyyəsinin üzvü və sədr müavini.
Haqqında məlumatlar
10 iyun 1984-cü il tarixdə Şəkidə anadan olub.
Təhsili
Şəki şəhər 18 saylı orta məktəbində və Sumqayıt Dövlət Universitetində təhsil alıb.
Əmək fəaliyyəti
2012-ci ilin noyabr ayında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Şəki rayon filialında baş mütəxəssis kimi əmək fəaliyyətinə başlayıb.
2013-cü ilin yanvar ayında isə həmin filialın direktoru vəzifəsinə təyin olunub.
2018-ci ilin sentyabr ayından Şəki Bələdiyyəsi Vergilərin yığımı şöbəsinin müdiri olub.
İctimai aktivliyi
2019-cu il bələdiyyə seçkilərində öz təşəbbüsü Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədliyini irəli sürmüş və seçilmişdir.
Ailəsi
Ailəlidir, üç övladı var.