Ramazan Qafarlı
Ramazan Qafarlı | |
---|---|
Qafarlı Ramazan Oruc oğlu | |
Ramazan Qafarlı, 18 iyun 2020-ci il. | |
Doğum tarixi | 17 iyun 1951 |
Doğum yeri | Nuxa, Azərbaycan SSR, SSRİ |
İş yeri | AMEA Folklor İnstitutu |
Elmi dərəcəsi | filologiya üzrə elmlər doktoru |
Elmi adı | professor |
Təhsili |
V.İ.Lenin adına Azərbaycan Pedaqoji institutu (–1974) V.İ.Lenin adına Azərbaycan Pedaqoji institutu, əyani aspirantura (1984–) |
facebook səhifəsi |
Ramazan Oruc oğlu Qafarlı — tanınmış folklorşünas alim, filologiya üzrə elmlər doktoru, Azərbaycan Pedaqoji Universitetinin dünya ədəbiyyatı tarixi kafedrasının professoru və həmin universitetin Dədə Qorqud Elmi-Tədqiqat Mərkəzinin müdiri.
Haqqında məlumatlar
17 iyun 1951-ci il tarixdə Nuxada (indiki Şəki), sənətkar ailəsində anadan olub.
1963-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb.
Təhsili
1958 – 1963-ci illərdə Nuxa şəhər 7 №-li orta məktəbində,
1963 – 1968-ci illərdə Bakı şəhər 39 №-li orta məktəbində təhsil alıb.
1974-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji institutunu bitirib.
1984-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun əyani aspiranturasına daxil olub.
2003-cü ilin oktyabrdan 2004-cü ilin fevralınadək Rusiyanın Sankt-Peterburq şəhərində doktorluq stajirovkası keçib.
Hərbi xidmətdə
Estoniyada, Sovet Ordusunda həqiqi hərbi xidmətdə olub.
Əmək fəaliyyəti
1974 – 1977-ci illərdə bir müddət (hərbi xidmət dövrü istisna olmaqla) V.İ.Lenin adına Azərbauycan Pedaqoji institutunda seçkili orqanlarda (əvvəl komsomol komitəsində katib, sonra həmkarlar ittifaqı təşkilatında sədr) vəzifəsində,
1977 – 1981-ci illərdə SSRİ-nin Nikolayev, Xerson, Volqoqrad, Həştərxan, Kazan, Riqa və Leninqrad şəhərlərində iş icraçısı,
1981-ci ildə Bakı şəhər 204 №-li orta məktəbində müəllim vəzifəsində çalışıb.
1988-ci ildən yenidən V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda işləməyə başlayıb.
2021-ci il üçün Azərbaycan Pedaqoji Universitetinin dünya ədəbiyyatı tarixi kafedrasının professoru və Dədə Qorqud Elmi-Tədqiqat Mərkəzinin müdiridir.
Elmi fəaliyyəti
1988-ci ildə “Azərbaycan uşaq folkloru” mövzusunda namizədlik dissertasiyasını,
2010-cu ildə “Azərbaycan türklərinin mifologiyası” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
1990-cı ildə Soçidə keçirilən gənc tənqidçilərin Ümumittifaq müşavirəsində, 2000-ci ildə “Dədə Qorqud-1300” Beynelxalq elmi simpoziumunda, 2003 və 2004-cü illərdə Sank-Peterburq şəhərində IV və V “Реальность этноса” Beynelxalq elmi konfransında, Türkiyənin Ankara, İstanbul, Antaliya, Qazıantep, Fətiyyə, İzmir və b. şəhərlərində keçirilən Uluslararası elmi simpoziumlarda məruzələr oxumuşdur.
O, on altı dərs proqramının, səkkiz monoqrafiyanın, iki dərs vəsaitinin, bir neçə folklor toplusunun, o cümlədən “Mif və nağıl” (1999), “Azərbaycan mifologiyası” (2001), “Azərbaycan atalar sözləri, xalq mahnıları və dramlarının poetikası” (2001), “Folklor poetikası” (2001), “Azərbaycan uşaq folkloru və poetikası” (2002), “Mifologiya və folklorşünaslıq məsələləri” (2002), “Azərbaycan türklərinin mifologiyası” (2005), “Mif, nağıl və əfsanə” (epik ənənədə janrlararası əlaqə) (2004), eləcə də 300-dən şox elmi-publisistik məqalənin müəllifidir.
Ailəsi
Atası: Oruc dabbaq olub. Böyük Vətən müharibəsi iştirakçısı və əlili idi. 1956-cı ildə vəfat edib.
Anası Zərifə Məhəmməd qızı.
Digər
2003 – 2009-cu ilədək internetdə “Azərbaycan türk mifologiyası və folkloru” adlı azərbaycan, rus və ingilis dillərində saytı (Bax: arxiv versiyası) fəaliyyət göstərib.
Ssenarisi əsasında Dünya azərbaycanlılarının həmrəyliк gününə həsr olunan “Xanım, hey” bedii filmi, “Laylalar” bədii-etnoqrafik filmi çəkilib.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Qafarlı Ramazan // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 322 — 324. — 1.000 nüsx.
- "Ramazan Oruc oğlu Qafarlı folklorşünas, alim, filologiya üzrə elmlər doktoru, professor". http://www.folklor.az/ (azərb.). AMEA Folklor İnstitutu. 22 Feb 2017 – 30 Jul 2020 tarixində arxivləşdirilib.