Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Emin Məmmədov

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 16:32, 21 iyun 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Emin Məmmədov
Məmmədov Emin Səlhab (Salxab) oğlu
Emin Məmmədov
Emin Məmmədov.
Anadan olub 27 dekabr 1970 (1970-12-27) (53 yaş)
Anadan olduğu yer Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Atası Səlhab Məmmədov
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi (1985–1989)

Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universiteti/Mirzağa Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, qrafika fakultəsi (1989–1995)
İş yeri “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (İdarə Heyətinin sədri)
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 2012
"Tərəqqi" medalı — 2019

Emin Məmmədov — tanınmış mədəniyyət işçisi və rəssam, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri.

Haqqında məlumatlar

27 dekabr 1970-ci ildə Bakıda anadan olub.

Təhsili

1977 – 1985-ci illərdə orta məktəbdə oxuyub.

1983 – 1985-ci illərdə qrafika üzrə məşhur rəssam Q.Jeqlovun studiyasında rəssamlıq dərslərinə qatılıb.

1985 – 1989-cu illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində,

1989 – 1995-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universitetinin/Mirzağa Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qrafika fakultəsində təhsil alıb.

1992 – 1993-cü illərdə “Druckerei Guttenberg” incəsənət evində (Berlin (Almaniya)),

1995-ci ildə “Druckwerkstaten Bethamen” incəsənət evində (Berlin (Almaniya)) təcrübə keçib.

Əmək fəaliyyəti

1992 – 1994-cü illərdə “HYATT Regency Nakhchivan” hotelinin idarəetmə qrupunda işləyib.

1994 – 2011-ci illərdə “The Landmark Complex” şirkətində inzibati işlər üzrə müdür,

2011-ci ildən Heydər Əliyev Fondunda incəsənət işləri üzrə müşavir,

2013-cu ildə Heydər Əliyev Mərkəzində mədəniyyət və incəsənət üzrə müşavir vəzifəsində çalışıb.

18 mart 2021-ci il tarixindən “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədridir.

İkinci iş yerləri

2009-cu ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının qrafika kafedrasında dərs deyir;

2009-cu ildən dosent vəzifəsində çalışır.

Rəssamlıq fəaliyyəti

1995 – 2002-ci illərdə rəssam kimi bir çox sərgilərdə (Azərbaycanda və Azərbaycandan kənarda) iştirak edib.

1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

1999-cu ildə “Qız Qalası” özəl Rəsm Qalereyasını (QGallery) yaradıb və özü də onun direktoru olub.

2007-ci ildə Azərbaycanın Təsviri İncəsənətini Qərbi Avropada təbliğ etmək üçün Berlində (Almaniya) “Galerie Berlin-Baku” GmbH (Qgallery Berlin GMBH) qalareyasını təşkil edib.

2007 – 2008-ci illərdə Bakı Müasir İncəsənət muzeyinin təşkilində iştirak edib.

Rəşad Ələkbərovla birlikdə “Zəfər” ordeninin“Vətən Müharibəsi Qəhrəmanı” medalının dizayneridir.

2020-ci ildə Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü seçilib.

Təltif və mükafatları

  • Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi” fəxri adı – Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə (2012);
  • “Tərəqqi” medalı – Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə və Azərbaycanın ictimai və mədəni həyatında səmərəli fəaliyyətlərinə görə (2019);
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəxri fərmanı – Azərbaycan mədəniyyətinin təbliğində və inkişafında səmərəli fəaliyyətinə görə (2020).

Ailəsi

Evlidir, iki övladı var.

Atası: Səlhab Məmmədov Azərbaycan Respublikasının xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqı sədrinin birinci müavini, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru və beynəlxalq əlaqələr işləri üzrə prorektorudur.

Kiçik qardaşı: Elxan Məmmədov AFFA-nın baş katibidir.

Digər

Layihələrin kuratoru kimi

Azərbaycanda təşkil olunan layihələrdə

  1. 2008–2017 — «Almaniya bir rəssamın gözü ilə» rəssamlıq müsabiqəsi, təşkilatçı.
  2. 2010–2018 — «Qız Qalası» Beynəlxalq Rəssamlıq Festivalı, təşkilatçı.
  3. 2012–2019-ci illərdə Heydər Əliyev Mərkəzində bütün keçirilən sərgilərin kuratoru və koordinatoru (2013 – Tahir Salahovun fərdi sərgisi, Peter Lipmanın sərgisi, Endi Uorholun “Həyat, ölüm və gözəllik” sərgisi, “Fly to Baku. Müasir Azərbaycan İncəsənəti”, “Küknar” Beynəlxalq sərgisi və Müsabiqəsi, “Kosmosa səyahət” sərgisi; 2014 – Toni Kreqqin sərgisi; “Səməni” Beynəlxalq Sərgisi və Müsabiqəsi; “Silahların əfsanəsi” sərgisi; Anri Kartye-Brisson “Paris” fərdi sərgisi; Adrian Steirin “Afrikanın vıhşi təbiəti” sərgisi; Lorens Cenkellin fərdi sərgisi; Bernar Buffenin fərdi sərgisi; 2015 – Belçika rəssamın Vim Delvuya fərdi sərgisi; “İncəsənət və zərgərlik” sərgisi; “Qreys Kelli – şahzadə və stil ikonası” sərgisi; “Baburnamə miniatürlarından ibarət olan sərgisi; Riçard Dikonun fərdi sərgisi, Latviya rəssamların sərgisi; 2016 – Corc Kondonun fərdi sərgisi, Xorxe Marin “Varlığın canlanması” sərgisi, Teo Allovsun “Ram edilməmiş Afrika” sərgisi, “Kukla incəsənətdə” sərgisi; 2017 – “Modernizm və moda” modelyer Aleksandr Vasilyevin kolleksiyalardan sərgisi; 2018 – Aleksey Beqovun, Ömər Eldarovun, Alfons Muxanın fərdi sərgiləri, Çin rəssamın Van Yuanqın fərdi sərgisi, Şah İsmayıl Xətaiyə həsr olunmuş sərgi, “Live Life”, Hürufilik və Brain İnonun “77 milyon rəsm əsərləri” sərgiləri, Rus avanqard sərgisi, Hiperrealistik əsərlərdən ibarən sərgisi; 2019 – Tarixin Şah əsərləri, Gürcüstan Milli Muzeyindən kolleksiyaları; Zurab Tseretelinin fərdi sərgisi, Reza Deqatinin sərgisi, Türkiyə rəssamın Əhməd Günəştəkinin fərdi sərgisi, məşhur fotoqraf Yakov Xalipin əsərlərdən ibarət sərgisi).
  4. 2014 — «Tullantıdan İncəsənətə» Beynəlxalq festivalı.
  5. 2015 — Daşsalnamə və Rəngkarlıq Muzeylərin kuratoru və təşkilatçı.
  6. 2016 — «Daşın nəğməsi» Beynəlxalq heykəltəraşlıq simpoziumu.
  7. 2018 — Nəsimi Festivalın çərçivəsində keçirilən tətbirlərin kuratoru.
  8. 2019 — Nəsimi Festivalın çərçivəsində keçirilən tətbirlərin kuratoru.
  9. 2019 — Daş Salnamə Muzeyində “Sənaye öhdəlikləri: arxeologiya və mədəni irsə töhfə” mövzusunda beynəlxalq simpoziumun təşkilatçı.
  10. 2019 — «Tullantıdan İncəsənətə» Beynəlxalq festivalı.
  11. 2019 — «Daşın nəğməsi» Beynəlxalq heykəltəraşlıq simpoziumu.

Azərbaycandan kənarda təşkil olunan aşağıdakı layihələr

  1. 2013 — “Fly to Baku”, Azərbaycanın müasir incəsənət sərgisinin kuratorun müavini və koordinatoru. London, Paris, Berlin, Moskva, Roma, Vyana, Baku.
  2. 2013 — 55-ci Venesiya İncəsənət Biennalesi. Azərbaycan Milli Pavilyonun kuratoru.
  3. 2014 — “Here Today” ekoloji layihəsinin kuratorun müavini. London, İngiltərə.
  4. 2015 — “Baku-2015”. Birinci Avropa Oyunlarına həsr olunmuş sərgilər. Budapeşt, İstanbul, Paris, Roma, Davos, Moskva.
  5. 2015 — 56-ci Venesiya İncəsənət Biennalesi. Azərbaycan Milli Pavilyonun kuratoru.
  6. 2016–2018 — “Live Life” layihəsinin kuratoru. Berlin, Paris, Moskva, Tbilisi.
  7. 2016 — “Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” sərgisi. Krımski val, Tretyakovskaya Qalereyası, Moskva şəhəri, Russiya.
  8. 2017 — “Abşeron küləyi ilə doğulanlar. 1960-1980-ci illərin Azərbaycan rəssamları”. Müasir İncəsənət Muzeyi “Erarta”, Sankt-Peterburq, Russiya.
  9. 2017 — 57-ci Venesiya İncəsənət Biennalesi. Azərbaycan Milli Pavilyonun kuratoru
  10. 2018 — “Yeddi gözəl” sərgisinin kuratoru. Russiya, Moskva şəhəri.
  11. 2018 — Nəsimi Festivalı çərçivəsində keçirilən tətbirlərin kuratoru. Russiya, Moskva şəhəri.
  12. 2018 — Azərbaycan Demokratik Respublikasının 100 illiyinə həsr olunmuş sərgisi. Varşava, London, Berlin, Roma, Vatikan, Paris, Tiflis.
  13. 2018 — 7-ci Moskva Müasir İncəsənət Biennalesinin ekspert şurasının üzvü
  14. 2019 — II-ci Avropa oyunlara həsr olunmuş sərginin təşkilatçı. Belorussiya, Minsk şəhəri.
  15. 2019 — 58-ci Venesiya İncəsənət Biennalesi. Azərbaycan Milli Pavilyonun kuratoru.
  16. 2019 — Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (VDNX) Azərbaycan pavilyonda daimi və müvəqqəti sərgilərin kuratoru.
  17. 2019 — 8-ci Moskva Müasir İncəsənət Biennalesinin ekspert şurasının üzvü











Ədəbiyyat

  1. "Əməkdar incəsənət xadimi Emin Məmmədov Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə təltif edildi". http://mct.gov.az/ (azərb.). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəsmi saytı. 28.12.2020. 28 Dec 2020 - 2 Mar 2021 tarixində arxivləşdirilib.
  2. "E.S.Məmmədovun "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". https://president.az/ (azərb.). Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. 18 mart 2021. 17 Jun 2021 tarixində arxivləşdirilib.