Məmmədhənifə Musayev
Məmmədhənifə Musayev | |
---|---|
Musayev Məmmədhənifə Ramazan oğlu | |
Məmmədhənifə Musayev, 1998-ci il | |
Doğum tarixi | 2 sentyabr 1941 |
Doğum yeri | Oxud, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 17 noyabr 2004 (63 yaşında) |
Elm sahəsi | pedaqigika |
Elmi dərəcəsi | elmlər namizədi |
Elmi adı | professor |
Təhsili |
V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu (1958 – 1962) Azərbaycan Elmi-Tədqiqat pedaqoji Elmlər İnstitutu, aspirantura (1969 – 1972) |
Evladları | Elşən Musayev, Mətanət Musayeva, Təranə Musayeva |
Atası | Ramazan Musayev |
Anası | Səfurə Musayeva |
Məmmədhənifə Musayev – pedaqoq-alim, professor; müxtəlif illərdə Azərbaycan Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutunun direktoru, Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutun rektoru, 2001 – 2004-cü illərdə Azərbaycan Müəllimlər İnstitutunun rektor əvəzi vəzifələrində işləyib. 2015 və 2020-ci illərdə 110 saylı Zaqatala Seçki Dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilmiş Elşən Musayevin atasıdır.
Haqqında məlumatlar
1941-ci ildə Nuxa rayonunun Oxud kəndində anadan olub.
Təhsili
Oxud kənd məktəbində oxuyub.
1958 – 1962-ci illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda,
1969 – 1972-ci illərdə Azərbaycan Elmi-Tədqiqat pedaqoji Elmlər İnstitutunun aspiranturasında təhsil alıb.
Əmək fəaliyyəti
1962 – 1963-cü illərdə Vartaşen rayonunda ibtidai sinif müəllimləri hazırlayan birillik kursun rəhbər-müəllimi olub.
1964 – 1969-cu illərdə Vartaşen rayon təhsil şöbəsində inspektor işləyib.
1972-ci ildən Azərbaycan Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutunun pedaqogika-psixologiya kafedrasında baş müəllim,
1978 – 1984-cü illərdə direktor və pedaqogika-psixologiya kafedrasının müdiri olub.
1984 – 1999-cu illərdə təhsil nazirliyində işləmişdir.
1999 – 2001-ci illərdə Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun rektoru,
2001 – 2004-cü illərdə isə Azərbaycan Müəllimlər İnstitutunun rektor əvəzi olub.
Elmi fəaliyyəti
1974-cü ildə elmlər namizədi elmi dərəcəsi,
1997-ci ildə professor elmi adını alıb.
“Azərbaycan dili” dərsliyinin, bir çox dərsliklərin, dərs vəsaitlərinin, 500-dək elmi, metodik, bədii, publisistik məqalənin müəllifidir.
İctimai fəaliyyəti
1980 – 1985-ci illərdə SSRİ Maarif Nazirliyinin Elmi Şurasının üzvü olub.
“Şəki” Xeyriyyə Cəmiyyətinin təsisçisi,
1995 – 2004-cü illərdə Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri olub.
Azərbaycanın radio və televiziya kanallarında təhsil proqramları üzrə verilişlərin aparıcısı olub.
Təltif və mükafatları
- Azərbaycan SSR Maarif Nazirliyinin “Qabaqcıl maarif xadimi” döş nişanı.
- “SSRİ Maarif əlaçısı” döş nişanı.
Ailəsi
- Atası: Ramazan Musayev Şəki rayonunun Oxud kənd sakini.
- Anası: Səfurə Musayeva Şəki rayonunun Oxud kənd sakini.
- Oğlu: Elşən Musayev Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri.
- Qızı: Mətanət Musayeva, həkim.
- Qızı: Təranə Musayeva, Azərbaycan Tibb Universitetinin müəllimi.
İstifadə edilmiş əsas mənbə
- Məmmədov Ə., Xalıqov F. Musayev Məmmədhənifə // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 419 – 421. — 1.000 nüsx.
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- 1941-ci ildə doğulanlar
- 2 sentyabrda doğulanlar
- Sentyabrda doğulanlar
- 17 noyabrda vəfat edənlər
- Noyabrda vəfat edənlər
- 2004-cü ildə vəfat edənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr