Salis Məmmədov
Salis Məmmədov | |
---|---|
Məmmədov Salis Məmmədsani oğlu | |
Salis Məmmədov, 2007-ci il. | |
Anadan olub | 1 iyul 1932 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat edib | 29 yanvar 2009 (76 yaşında) |
Vəfat etdiyi yer | Şəki, Azərbaycan |
Uşaqları | Vəfa Məmmədova, Aydın Məmmədov |
Atası | Məmmədsani Məmmədov |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Peşəsi | jurnalist |
Milliyyəti | azərbaycanlı |
İxtisası | jurnalist |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət universiteti, jurnalistika fakültəsi (1959–1964) |
Mükafatları |
Salis Məmmədov (1932–2009) — “Şəkinin səsi” və “İpəkçi” qəzetlərinin həmtəsisçisi və baş redaktoru, Azərbaycan Respublikasının əməkdar jurnalisti.
Haqqında məlumatlar
1 iyul 1932-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1959 – 1965-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət universitetinin jurnalistika fakültəsində qiyabi təhsil alıb.
Əmək fəaliyyəti
1948 – 1951-ci illərdə Nuxa radio məlumatları redaksiyasında məlumatçı,
1952 – 1962-ci illərdə “Nuxa fəhləsi” qəzeti redaksiyasında,
1962 – 1965-ci illərdə isə Nuxa rayonlararası “Lenin bayrağı” qəzetində ədəbi işçi, fotoqraf, şöbə müdiri vəzifələrində işləyib.
1965-ci ilin aprel ayında Azərbaycan KP Nuxa şəhər partiya komitəsi bürosunun qərarı ilə V.İ.Lenin adına Nuxa İpək Kombinatının çoxtirajlı “İpəkçi” qəzetinə redaktor təyin edilib və 2009-cu ilin yanvar ayına qədər – 44 il, həmin vəzifədə çalışıb.
Digər
1970-ci illərdən Azərbaycan Jurnalistlər İttifaqının orqanı olan “Müxbir” bülleteninin redaksiya heyətinin üzvü olmuşdur.
1993-cü ildə oğlu Aydın Məmmədovla birlikdə “Şəkinin səsi” qəzetini təsis etmiş və vəfatına qədər həmin qəzetin də baş redaktoru olmuşdur.
Təltif və mükafatları
- “Leninin yubiley” medalı (1970);
- “Qızıl Qələm” mükafatı;
- “Azərbaycan Respublikasının əməkdar jurnalisti” fəxri adı (1991)[1];
- “Şərəf Nişanı” ordeni;
- “Tərəqqi” medalı (2005).
Vəfatı
29 yanvar 2009-cu il tarixində – 76 yaşında, uzun sürən xəstəlikdən sonra Şəkidə vəfat edib.
İstinadlar
Ədəbiyyat
- Mete Ə. Şəki qəzetləri və qəzetçiləri // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 376 – 377. — 500 nüsx.
- S
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış jurnalistlər
- 1932-ci ildə doğulanlar
- 1 iyulda doğulanlar
- İyulda doğulanlar
- 29 yanvarda vəfat edənlər
- Yanvarda vəfat edənlər
- 2009-cu ildə vəfat edənlər
- "Şərəf Nişanı" ordeni laureatları
- Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı ilə təltif edilənlər
- "Tərəqqi" medalı ilə təltif edilənlər
- Şəxslər (ad sırası ilə)
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr