Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Tomris İsmayılova

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 01:08, 23 noyabr 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Tomris Həsənova
Həsənova (İsmayılova) Tomris Azər qızı
Tomris Həsənova
Tomris Həsənova.
Şəxsi məlumatlar
Doğum tarixi 25 noyabr 1990 (1990-11-25) (33 yaş)
Doğum yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Atası Azər Həsənsoy
Vətəndaşlığı Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili Sumqayıt Dövlət Universiteti, kimya fakültəsi (2009–)
İdman növü uşu

Tomris Həsənova — tayçı çuan və tayçı-fan idman növləri üzrə dünya çempioanatlarının qızıl mükafatçısı.

Haqqında məlumatlar

25 noyabr 1990-cı il tarixdə Bakıda anadan olub.

Təhsili

2008-ci ildə Bakı şəhər 60 saylı tam orta məktəbini bitirib.

2009-cu ildə Sumqayıt Dövlət Universitetinin kimya fakültəsinə daxil olub.

İdman fəaliyyəti

13 yaşdan idmanla məşğul olub.

2010-cu ilin martında Honkonqda keçirilən uşu çempionatında uşunun tayçı çuan növü üzrə Dünya çempionu olub. Daha sonrakı uşu üzrə Dünya çempionatında isə tayçı-fan növü üzrə qızıl medal qazanıb. Həmçinin, 2 dəfə beynəlxalq festivalın qalibi və mükafatçısı olub.

2015-ci ildən idman karyerasını başa vurub.

Əmək fəaliyyəti

2013-cü ildən Medservis Tibb Mərkəzində əmək fəaliyyətinə başlayıb.

2017-ci ildən Qida Təhlükəsizliyi İnstitutunda əvvəl mütəxəssis, sonra sector müdürü, daha sonra şöbə müdürü vəzifəsində işləyib.

Ədəbiyyat

  1. Məmmədov Ş. Sumqayıt Dövlət Universitetinin tələbəsi dünya çempionu oldu : [arx. 29 Mar 2017 - 29 Jul 2018] : [azərb.] // Azərbaycan müəllimi. — 2010. — 2 aprel. — Müraciət tarixi: 22.11.2021.
  2. İlqarqızı A. İkiqat dünya çempionu: Bu idman növü xanımları gözəlləşdirir : [arx. 8 Apr 2019 - 4 Mar 2021]. — 2018. — 17 oktyabr. — Müraciət tarixi: 22.11.2021.