Həmid Abbasbəyli
Həmid Abbasbəyli | |
---|---|
Abbasbəyli Həmid Cavanşir oğlu | |
Həmid Abbasbəyli | |
Həmid Abbasbəyli | |
Doğum tarixi | 17 noyabr 1991 |
Doğum yeri | Binəqədi rayonu, Bakı, Azərbaycan |
Vəfat tarixi | 20 oktyabr 2020 (28 yaşında) |
Vəfat yeri | Qırmızı Bazar qəsəbəsi, Xocavənd rayonu, Azərbaycan |
Dəfn yeri | II Şəhidlər Xiyabanı |
Vətəndaşlıq | Azərbaycan |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Atası | Cavanşir Abbasov |
Anası | Gülnarə Məmmədova |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 2006–2020 |
Rütbə | baş leytenant |
Təltifləri |
Həmid Abbasbəyli (1991–2020) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsinin şəhidi.
Haqqında məlumatla
17 noyabr 1991-ci il tarixdə Bakının Binəqədi rayonunda anadan olub.
Təhsili
1998 – 2002-ci illərdə Bakı şəhər Famil İsgəndərov adına 157 nömrəli tam orta məktəbində,
2002 – 2006-cı illərdə Şəki şəhər 18 saylı tam orta məktəbində,
2006 – 2009-cu illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə
2009 – 2013-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.
2013 – 2014-cü illərdə təhsilini Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində davam etdirib.
2016 – 2017-ci illərdə Türkiyə Respublikasında,
2017 – 2018-ci illərdə Çin Xalq Respublikasında xüsusi təlim kurslarında iştirak edib.
A. Həmid idmanın boks və qaydasız döyüş növləri ilə məşqul olmuş, bir sıra yarışlarda iştirak edərək nailiyyətlər əldə etmişdir. 4 xarici dil biliyinə malik idi
Hərbi xidməti
Ali təhsilini başa vurduqdan sonra Abbasbəyli Həmid cəbhə bölgəsində yerləşən Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan bölükdə tağım komandiri olaraq hərbi xidmətə başlamışdır. 2015-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin sırasına qoşularaq hərbi xidmətini davam etdirmişdir.
Aprel döyüşlərində iştirakı
2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərinin iştirakçısı olmuşdur.
İkinci Qarabağ Müharibəsində iştirakı
Azərbaycan Ordusunun baş leytenantı olan Həmid Abbasbəyli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Xocavəndin, Hadrut qəsəbəsinin, Füzulinin və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Həmid Abbasbəyli oktyabrın 19-dan 20-nə keçən gecə Laçın dəhlizinə nəzarət edən yüksəkliklər uğrunda gedən döyüşlərdə Xocavənd rayonunda Qırmızı Bazar qəsəbəsi ərazisində qəhrəmancasına şəhid olmuşdur. II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmid Abbasbəyli ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi.[1]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmid Abbasbəyli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmid Abbasbəyli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Həmid Abbasbəyli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Həmid Abbasbəyli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Təltifləri
- (26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
- (26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
- (24.06.2020) — "Qələbə günü münasibətilə hərbi parada qatıldığına görə" medalı
- (09.12.2020) — "Qarabağ" ordeni (ölümündən sonra)[4]
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[5]
- (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)[6]
- (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)[7]
- (24.06.2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)[8]
İrsi və xatirəsi
2021-ci ildə Həmid Abbasbəylinin Xətai rayonunda yaşadığı binanın önündə xatirəsi lövhəsi qoyulmuş və bağ salınmışdır.[9]
Ədəbiyyat
- 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : HƏMİD Cavanşir oğlu Abbasbəyli : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.
- ↑ Azərbaycan Prezidentinin saytı (09.12.2020). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.president.az ( (azərb.)). 2020-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.12.2020.
- ↑ Azərbaycan Prezidentinin saytı (15.12.2020). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az ( (azərb.)). 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ Azərbaycan Prezidentinin saytı (24.12.2020). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı". www.president.az ( (azərb.)). 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.12.2020.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası (09.12.2020). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az ( (azərb.)). 2020-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.12.2020.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası (15.12.2020). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az ( (azərb.)). 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası (24.12.2020). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az ( (azərb.)). 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.12.2020.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı". president.az. 25 dekabr 2020. 25 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2020.
- ↑ "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 24 iyun 2021. İstifadə tarixi: 24 iyun 2021.
- ↑ "Xətai rayonunda Şəhid Abbasbəyli Həmid Cavanşir oğlununun xatirə lövhəsinin açılışı olub+VİDEO". www.khatai-ih.gov.az — Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti. 15 fevral 2021. 2021-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 fevral 2021.
- H
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış hərbçilər
- Şəkinin Vətən müharibəsi şəhidləri
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1991-ci ildə doğulanlar
- 17 noyabrda doğulanlar
- Noyabrda doğulanlar
- 20 oktyabrda vəfat edənlər
- Oktyabrda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- "Qarabağ" ordeni ilə təltif edilənlər
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilənlər
- "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilənlər
- "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilənlər
- "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Qələbə günü münasibəti ilə bağlı paradda iştiraka görə" medalı ilə təltif edilənlər
- Hərbçilər
- Şəxslər (ad sırası ilə)