Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.

Sabir Məmmədov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 19:15, 5 dekabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Sabir Məmmədov
Məmmədov Sabir Niyaz oğlu
(rus.: Мамедов Сабир Ниязович)
Sabir Məmmədov
Sabir Məmmədov, 2015-ci il
Doğum tarixi 6 dekabr 1968 (1968-12-06) (55 yaş)
Doğum yeri Nuxa, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Russia.svg Rusiya
İş yeri Vladimir Dövlət Universiteti Hüquq İnstitutunun Dövlət hüquqları və gömrük işləri (rus.: «Государственного права и управления таможенным делом») kafedrasının müdiri.
Elmi dərəcəsi Hüquq elmləri namizədi (2007)
Təhsili

Vladimir Politexnik İnstitutu (1990 – 1994);

Vladimir Dövlət Universiteti, hüquq fakültəsi (1998 – 2001)

Rusiya Federasiyası Prezidenti yanında Rusiya Dövlət Xidməti Akademiyası, dövlət və bələdiyyə idarəçiliyi ixtisası üzrə (2010 – 2013)

Sabir Məmmədov – azərbaycanlı Rusiya alimi, hüquq elmləri namizədi, Vladimir Dövlət Universiteti Hüquq İnstitutunun Dövlət hüquqları və gömrük işləri (rus.: «Государственного права и управления таможенным делом») kafedrasının müdiri.

Haqqında məlumatlar

6 dekabr 1968-ci il tarixdə Nuxada, fəhlə ailəsində anadan olub.

Təhsili

1976 – 1986-cı illərdə Şəki şəhər 19 №-li orta məktəbdə oxuyub.

1976-cı ildə Bakı Energetika Texnikumuna qəbul olunsa da hərbi xidmətdən sonra orada təhsilini davam etdirməyib.

1989-cu ildə Vladimir Politexnik institutun hazırlıq kursuna daxil olub.

1990 – 1994-cü illərdə Vladimir Politexnik institutunda,

1998 – 2002-ci illərdə Vladimir Dövlət Universitetinin hüquq fakültəsində,

2010 – 2013-cü illərdə isə Rusiya Federasiyası Prezidenti yanında Rusiya Dövlət Xidməti Akademiyasında, dövlət və bələdiyyə idarəçiliyi ixtisası üzrə təhsil alıb.

Əmək fəaliyyəti

Vladimir Dövlət Universiteti Hüquq İnstitutunun Dövlət hüquqları və gömrük işləri (rus.: «Государственного права и управления таможенным делом») kafedrasının müdiridir.

Elmi fəaliyyəti

2007-ci ildə Moskvada namizədlik dissertasiyasını müdafiə edib.

Səkkiz monoqrafiyanın və bir çox məqalələrin müəllifi, yaxud həmmüəllifidir.

Elmi – ictimai aktivliyi

Rusiya Təbii Elmlər Akademiyasının (rus.: «Российской Академии Естествознания») müxbir üzvü və professorudur.

Beynəlxalq Təbii Elmlər Akademiyasının, Rusiya Kriminoloji Assosiasiyasının,

Rusiya Hüquqşünaslar Assosiasiyasının və Rusiya Azad-İqtisadi Cəmiyyətinin üzvüdür.

İstifadə edilmiş mənbələr

  • Sadıq Fətəliyev (19 Ağu 2015). "Anasının arzusu ilə professor olan həmyerlimiz (müsahibə)". https://sites.google.com/site/sekibelediyyesi/ (azərb.). “Şəki bələdiyyəsi” qəzeti. 3 Nov 2020 tarixində arxivləşdirilib.
  • "Каталог/М/Мамедов Сабир Ниязович". https://www.famous-scientists.ru (русский). Энциклопедия «Известные ученые». 22 Nov 2010 – 10 Aug 2020 tarixində arxivləşdirilib.

Şablon:Yaxşı məqalə