Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.

Sarıca

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya:S {{YM |ad = Sarıca |xəritə = Seki.PNG |xəritə miqyas = 200px |xəritə məlumat = Şəki rayonu |xəritə1...' ilə yarat) tərəfindən edilmiş 12:24, 26 mart 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Yaşayış məntəqəsi
Sarıca


Ölkə Azərbaycan
Rayon Şəki rayonu
Əhalisi 866 nəfər



SarıcaAzərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd. Şəki rayonu Qayabaşı kənd icra nümayəndəliyi tərəfindən idarə olunur. Qayabaşı kəndi ilə birlikdə Qayabaşı bələdiyyəsinin tərkibindədir.

Tarixi

Sarıca kəndi 1930-cu ildə yaradılmışdır. Azərbaycan SSR-də mövcud olan Orconikidze adına taxılçılıq sovxozunun 3 nömrəli sovxozu kimi fəaliyyət göstərmişdir. Sovet təssərrüfat sistemi dağıldıqdan sonra Orconikidze taxılçılıq sovxozu ləvğ olunmuşdur.

Əvvəllər qəsəbə olmuş, 5 oktyabr 1999-cu ildən dəyişdirilərək kənd hesab edilmişdir[1].

Coğrafiyası və iqlimi

Kənd rayon mərkəzindən 45 km Cənub-Qərbdə, Şəki yaylası ərazisində, Oğuz-Yevlax yolunun üstündə yerləşir. Kəndin yaxınlığndan Böyük Qafqaz çay sisteminə daxil olan Əlican çayı keçir. Kəndin içməli suya olan təlabatı bu çay vasitəsi ilə təmin olunur.

Əhalisi

Kəndin əhalisi 866 nəfər təşkil edir ki, onun da 424 nəfəri kişi, 442 nəfəri isə qadındır.

Mədəniyyəti

Kənddə bir orta ümumtəhsil məktəbi, uşaq bağçası, ictimai tədbirlərin təşkili üçün mədəniyyət mərkəzi vardır.

İqtisadiyyatı

Əhalisi kənd təsərrüfatının əkinçilikmaldarlıq sahəsi ilə məşğul olur. Azərbaycanın əsas taxılçılıq mərkəzlərindən biridir.

İstinadlar

Xarici keçidlər

İstinadlar