Orta Zəyzid

Şəki Ensiklopediyası materialı
WikiSysop (müzakirə | redaktələr) (Səhifəni 'Kateqoriya:O{{YM |ad = Orta Zəyzid |şəkil = Orta Zəyzid.jpg |xəritə miqyas = 250 px |xəritə məlumat = |xəritə1...' ilə yarat) tərəfindən edilmiş 23:37, 25 mart 2020 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Yaşayış məntəqəsi
Orta Zəyzid
Ölkə Azərbaycan
Rayon [[Şəki]]
Əhalisi 4644 nəfər


Ölkə
Seki.PNG


Orta ZəyzidAzərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd.

Tarixi

Orta Zəyzid kəndi rayonun ən qədim kəndlərindən biri, ölkənin ən qədim yaşayış məskənlərindəndir. Kənddə X-XI əsrə aid Zəyzid məbədi yerləşir. Bundan başqa, iki alban kilsəsi də öz varlığını qoruyub saxlamışdır. Lakin hər üç məbədin diqqətdən kənar qalması onları təbiətin amansız sürprizlərinə qarşı dözümsüz qılır və hər an məhv olmaq təhlükəsi ilə üz-üzə qoyur. Kəndin dağlıq hissəsində Alban qəbiristanlığı yerləşir. Qəbirlərin eramızın VII-VIII əsrlərində və daha əvvəl yaşamış xristian albanlara məxsus olduğu qeyd edilir. Məzar daşlarının kortəbii və nizamsız şəkildə - İslam ənənəsinə zidd yerləşməsi onların xristian olduğunu deməyimizə imkan verir. Tarix kursundan bildiyimiz kimi, albanların İslamı qəbul etməsi eramızın VII-VIII əsrlərinə təsadüf edir. Kənd əhalisi qədimdən igidliyinə və vətənpərvərliyinə görə başqalarına örnək olmuşdur. 1934-cü ildə başlanmış qaçaq hərəkatında Zəyzid qaçaqları xüsusilə fərqlənirdilər. Həmin ildə Şəkidə hakimiyyəti ələ alan Zəyzid qaçaqları rus qarnizonunu şəhərdən qovmağa müvəffəq oldular. Lakin hərəkatın kortəbii təşkili, lazımi şəraitdə həlledici zərbənin gecikməsi, sayların qeyri-bərabərliyi qaçaqların idarəni qısa müddətdə əldən verməsinə səbəb oldu. Zəyzid qaçaqlarının başçısı Qaçaq Abbas bütün silahdaşları ilə birlikdə güllələndi. Böyük Vətən müharibəsi illərində müharibədə kənddən yüzlərlə əli silah tutan kişi iştirak etmiş və əksəriyyəti həlak olmuşdur. Kənd Qarabağ müharibəsində onlarla şəhid vermişdir.

Mədəniyyəti

Kənddə yerləşən iki məktəb - 1 saylı və 2 saylı - rayon ərazisində təhsilin keyfiyyəti baxımından əhəmiyyətli yer tutur. 1 saylı tam orta məktəb Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid Asim Kamil oğlunun adını daşıyır. Kənd savadlı kadrların yetişdirilməsində Şəki rayonunun ən öndə gedən kəndlərindən biridir. Hər il Azərbaycan təhsilinə onlarla tələbə bəxş edir. 2015-ci ildə 2 nəfər 600, 1 nəfər 650 baldan, 2016-ci ildə 2 nəfər 600, 4 nəfər 650 baldan yüksək nəticə göstərərək ali məktəbə daxil olmuşdur. Orta Zəyzid kəndində 1 məscid, 1 klub, 1 tibb məntəqəsi, telefon qovşağı (94), kənd bələdiyyəsi, Şəki şəhər icra hakimiyyəti nümayəndəliyi fəaliyyət göstərir. Hal-hazırda yeni şadlıq evinin inşasına başlanıb. Kənddə 20 Yanvar və 1941-1945 Böyük Vətən Müharibəsi şəhidlərinin xatirəsinə abidə ucaldılmışdır.

Məşğuliyyəti

Əhali, əsasən, əkinçilikmaldarlıqla məşğul olur. Bundan başqa, insanların həyatında ticarətbağçılıq da əsas yer tutur. Ticarətlə məşğul olan əhalinin əksəriyyət qonşu Rusiya FederasiyasındaTürkiyədə, həmçinin Ukraynada biznes işi ilə məşğul olur.

Coğrafiyası və iqlimi

Orta Zəyzid kəndi Böyük Qafqaz dağlarının ətəyində yerləşir və Zəyzid zonasının ikinci böyük kəndidir. Baş Zəyzid, Qırxbulaq, Vərəzət kəndləri ilə həmsərhəddir. Kəndin qurtaracağı Şəki-Oğuz yolundadır. Dağlıq ərazidə olması havasının təmizliyinə, iqliminə müsbət təsir göstərir. Qış fəsli sərt soyuqlar, yay isə kəskin istilərlə müşayiət olunur. Qırxbulaq və Köbər Zəyzid kəndləri Orta Zəyzid kəndinin tabeçiliyindədir.

Etimologiyası

"Zəyzid" toponiminin mənasını müxtəlif fərziyyələrlə izah edirlər. Xalq etimologiyasına görə "Zəyzid" sözü üzdə əmələ gələn kəsiklərin müalicəsi üçün istifadə olunan Zəy adlı maddənin adı ilə bağlıdır. Hal-hazırda bu maddədən hələ də bərbərxanalarda istifadə olunur, qanı qısa müddətdə kəsmə qabiliyyətinə malikdir. Digər bir fərziyyəyə görə bu ad kəndin yuxarısında yerləşən və eramızdan əvvələ məxsus olan Zəy qalasının adı ilə bağlıdır. Yeraltı tunellərə malik olan bu qalanın əsası, rəvayətə görə, Makedoniyalı İskəndər (Aleksandr) tərəfindən qoyulmuşdur. Lakin elm adamları və tədqiqatçılar tərəfindən qəbul olunmuş etimologiya bunları təsdiqləmir. Hal-hazırda ən düzgün etimoloji dəlil kimi iskit-sak və zit tayfalarını göstərirlər. Deyilənə görə, "Zəyzid" ilkin variantda "Sak-a-zit" (saklar və zitlər - onların yaşadığı ərazi mənasına gəlir) formasında olmuşdur. Sonralar bu ad "Sakizit", "Sakizid" və ən nəhayət, "Zəyzid" şəklini almışdır.

Əhalisi

Kəndin əhalisi 4644 nəfər təşkil edir. Əhalinin əsas hissəsi Azərbaycan türkləridir.

İstinadlar

Şəki rayonunun yaşayış məntəqələri