Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Rövşən Əfəndizadə

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]Əfəndizadə Rövşən bəyKateqoriya:Şəkidən çıxmış pedaqoqlarK...' ilə yarat) tərəfindən edilmiş 04:06, 11 yanvar 2022 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Rövşən bəy Əfəndizadə
Əfəndizadə Rövşən bəy Mustafa oğlu
Rövşən bəy Əfəndizadə
Rövşən bəy Əfəndizadə, 1918/1919-cu illər.
Anadan olub 12 yanvar 1885(1885-01-12) (Yuli təqvimi ilə 31 dekabr 1884)
Anadan olduğu yer Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat edib +1920

Rövşən Əfəndizadə (1885–+1918/1919) — XX-ci əsrin birinci və ikinci onilliklərində Cənubi Qafqazda fəaliyyət göstərmiş pedaqoq (rus dili müəllimi) və tanınmış ictimai-siyasi xadim.

Haqqında məlumatlar

12 yanvar 1885-ci il tarixdə (Yuli təqvimi ilə 31 dekabr 1884-cü il) Nuxada anadan olub.

Təhsili

Əvvəl Nuxa ibtidai “müsəlmani-rusi” (rus-tatar) məktəbində,

1896-cı ildən Nuxa rüşdiyyəsində (progimnaziya tipli məktəb),

1901 – 19003-cü illərdə Bakı Sənaye Məktəbində təhsil alıb.

Əmək fəaliyyəti

1904-cu ildən, əvvəl Nuxada, sonra bir il Qazaxda,

1908-ci ildən 1917-ci ilin ortalarınadək Tiflisdə,

1917-ci ilin ikinci yarısından isə Bakıda müxtəlif məktəblərdə rus dili müəllimi işləyib.

Az sonra Hacıbəyli qardaşları müdiriyyətinə mübaşir (teatrın icraçı direktoru) təyin olunub.

Siyasi-ictimai fəaliyyəti

1905-ci ildə Yelizavetpol qeneral-qubernatoru Rövşən bəy Əfəndizadənin Qafqazdan sürgün edilməsini əmr imzalamışdı. Lakin o dövrün nüfuzlu azərbaycanlılarının xahişlərindən sonra əmrini ləğv edib.

1915-cu ilin Tiflis mətbuatında Rövşən bəyin adı Məhəmmədəmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov kimi görkəmli ziyalılarla birlikdə, gürcü şairi, yazıçısı, mütəfəkkiri Akaki Sereteli Tiflisdə dəfn mərasimində çıxış etmiş şəxslərdən biri kimi çəkilib.

Rusiyada 1917-ci il Fevral burjua inqilabından sonra Rövşən bəy Tiflis Müsəlman Milli Komitəsi İcraiyyə Komitəsinin, Qafqaz Hərbi Şurasının üzvü olub. Həmin ilin ortalarında Tiflisdən İstanbula göndərilmiş rəsmi nümayəndə heyətinin tərkibində yer alıb. Osmanlı sultanı ilə şəxsən görüşüb.

Aqibəti

Bəzi məlumatlara görə 1930-cu illərdə Stalin repressiyasının qurbanı olub.

Ədəbiyyat

  1. Tahirzadə Ə. Sultanla görüşmüş Rövşən Bəy Əfəndizadə kimdir? // Məmmədov A. Şəkinin səsi : qəzet. — “Azərbaycan” nəşriyyatı, 2011. — В. 30 may. — № 2 (438). — Səh. 1. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 Mar 2019 - 10 Jan 2022.
  2. Bəkirov N. http://anl.az/el/Kitab/2018/09/cd/Ar2018-1103.pdf // Azərbaycan-Gürcü ədəbi əlaqələri və Molla Cümə yaradıcılığı. — Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. — Bakı: Nafta-Press, 2018. — Səhifələrin sayı:  226. — 500 nüsx. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 10 yanvar 2022.
  3. Sultanla görüşmüş Rövşən Bəy Əfəndizadə kimdir? : [arx. 1 Mar 2021 - 17 Jul 2021] // Şəki tarixi. — Müraciət tarixi: 10.01.2022.