Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7388 5183 5607 (05/26 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...

Nasir Mustafazadə

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya:N{{Şəxs |Adı = Nasir Mustafazadə |Orijinal adı = Mustafazadə Nasir Nadir oğlu |Şəkil = Nasir Mustafazadə.jpg |Şəklin...' ilə yarat) tərəfindən edilmiş 18:38, 25 mart 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Nasir Mustafazadə
Mustafazadə Nasir Nadir oğlu
Nasir Mustafazadə
Doğum tarixi 10 may 1958 (1958-05-10) (66 yaş)
Doğum yeri Flag of the Soviet Union.svg SSRİ
Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Şəki şəhəri
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan
Peşəsi “Azəri Servis LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru
Milliyyəti azərbaycanlı
İxtisası İqtisadçı-mühəndis
Təhsili Azərbaycan İnşaat Mühəndisləri İnstitutu
Mükafatları "Tərəqqi" medalıƏməkdar Mühəndis

Mustafazadə Nasir Nadir oğlu – “Azəri Servis LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru[1] Əməkdar Mühəndis

Həyatı

Mustafazadə Nasir Nadir oğlu 10 may 1958-ci ildə Şəki şəhərində anadan olmuşdur. 1975-ci ildə Şəkidəki 12 nömrəli orta məktəbi fərqlənmə attestatı ilə bitirmişdir. Orta təhsilini başa vurduqdan sonra, Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuş, bir il sonra Azərbaycan İnşaat Mühəndisləri İnstitutu yaranmış və təhsilini bu ali məktəbdə davam etdirmişdir. 1980-ci ildə institutun tikintinin iqtisadiyyatı və təşkili şöbəsini bitirib iqtisadçı-mühəndis ixtisasına yiyələnmişdir. N.N. Mustafazadə 1980-ci ildə təyinatla Baş Kolxozlararası Tikinti İdarəsinin Şəkidəki 7 nömrəli tikinti trestinə göndərilmiş və həmin trestdə 1983-cü ilə kimi böyük mühəndis vəzifəsində çalışmışdır. O, 1981-1982-ci illərdə Sovet Ordusu sıralarında xidmət etmiş və ordudan zabit kimi tərxis olunmuşdur.

Ordudan qayıtdıqdan sonra 1983-1987-ci illərdə Şəkidə yenicə yaranmış şımal zonasını əhatə edən Könüllü Yanğından Mühafizə Cəmiyyətinin sədri vəzifəsində işləmişdir. Sədr işlədiyi 5 il müddətində on birinci beşilliyin döş nişanına və fəxri fərmanına layiq görülmüşdür. Başçılıq etdiyi kollektiv isə hər il sosializm yarışında qalib gələrək Azərbaycan SSR Könüllü Yanğından Mühafizə Cəmiyyətinin Keçici Qırmızı Bayrağını almışdır.

N.N. Mustafazadə 1987-ci ildə Şəki şəhər Abadlıq Kombinatının direktoru vəzifəsinə təyin edilmişdir. 1988-ci ildə isə o, seçki yolu ilə Şəki Kommunal Təsərrüfatı Birliyinə baş direktor seçilmiş və 1991-ci ilin yanvarına kimi bu vəzifədə çalışmışdır.

N.N. Mustafazadə 1991-ci ilin yanvarından 2004-cü ilin iyun ayına kimi “Azərkəndsutəchizatı” Dövlət Konserninin Qax, Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonlarını əhatə edən, yeni təşkil olunmuş 16 nömrəli Mexanikləşdirilmiş Səyyar Dəstəsinə rəhbərlik etmişdir. N.N. Mustafazadə 2000-ci ilin fevral ayında “Azəri Servis LTD” Məhdud Məsuliyyətli Cəmiyyətini təsis etmiş və ölkənin tikinti sektorunda fəaliyyətə başlamışdır. Artıq 18-ci ildir ki, o, bu kollektivə rəhbərlik edir.

Rəhbərliyi altında tikilmiş obyektlər

“Azəri Servis LTD” MMC fəaliyyətdə olduğu dövrlər ərzində respublikanın müxtəlif şəhər və rayonlarının ərazisində, eləcə də paytaxt Bakı şəhərinin ərazisində müxtəlif sosial-məişət obyektlərinin tikintisini yerinə yetirmişdir.

Əsas sifarişçi təşkilatlar - “Meliorasiya və Su Təsərrüfatı”ASC (keçmiş Meliorasiya və Su Təsərrüfatı Komitəsi), Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, "Azərsu" ASC, Bakı şəhəri Mənzil Kommunal Departamenti və rayon İcra Hakimiyyətləridir.

“Azəri Servis LTD” MMC mövcud olduğu illər ərzində respublikamızın paytaxtında və bölgələrimizdə - 8 qəsəbədə qəsəbədaxili yol, su təchizatı və elektrik təchizatı şəbəkələrinin, 8 qəsəbədə daxili drenaj və suvarma şəbəkələrinin, 4 yeni yaşayış məhəlləsində məhəllədaxili istilik təchizatı şəbəkəsinin qazanxana ilə birlikdə tikintilərini, 16 məcburi köçkün qəsəbəsində yol-küçə şəbəkəsinin tikintisini, 8 qəsəbədə abadlıq işlərini, 2 qəsəbədə yolların təmiri və bərbası işlərini, 1 ədəd avtomobil körpüsünün tikintisini, 5 ədəd 5 mərtəbəli 80 mənzilli, 1 ədəd 4 mərtəbəli 16 mənzilli, 1 ədəd 88 mənzilli 5 mərtəbəli, 1 ədəd 43 mənzilli 5 mərtəbəli yaşayış binalarını, 934 fərdi yaşayış evinin tikintisini, 4100 şagird yerlik 8 ədəd məktəb binalarının tikintisini, 1 ədəd məktəb binasının təmiri və bərpasını, 5 ədəd feldşer-mama məntəqəsinin, 2 ədəd ambulatoriya binasının, 2 ədəd 50 yerlik, 1 ədəd 115 yerlik uşaq baxçasının, 3 ədəd inzibati binanın, 4 ədəd klub-icma mərkəzinin, 2 ədəd rabitə evinin, 5 ədəd poçt şöbəsinin, 1 ədəd yanğınsöndürmə deposunun tikintilərini, 7 yeni qəsəbənin ərazisində mühəndis hazırlığı, sel sularından mühafizəsi işlərini, 2 yeni yaşayış məhəlləsində şaquli plandışdırılma işlərini, respublikanın 5 rayonunun ərazisində açıq suyığıcı və qapalı suyığıcı qurğuların, 4 rayonda nasos stansiyasının tikintilərini, 7 ədəd subartezian quyusunun qazılmasını, 3 ədəd torpaq bənd, 1 rayonda beton bənd və açıq və qapalı drenlərin tikintilərini, 4 rayonda Suvarma və Dranaj Şəbəkələrinin Bərpası işlərini, 1 rayonda Gənclər Mərkəzinin tikintisini, Bakı şəhərində su xəttinin çəkilişi və sair sosial təyinatlı obyektlər və diigər tikinti quruculuq işlərini həyata keçirmişdir.

Qeyd edək ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev 35 ildən çox bir müddətdə ölkə tikintisində inamla yol gələn Nasir Mustafazadənin rəhbərlik etdiyi “Azəri Servis LTD” MMC kollektivinin tikdiyi obyektlərdə dəfələrlə olmuş, kollektivin əməyini yüksək qiymətləndirmişdir.

Ailəsi

Ailəlidir, üç övladı, üç nəvəsi var.

Mükafatları

Nasir Mustafazadə Azərbaycan Respublikası Prezidentinin 10.04.2014-cü il tarixli Sərəncamı ilə “İnşaatçılar Günü” peşə bayramı ilə əlaqədar olaraq, Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.[2].

Mustafazadə Nasir Nadir oğlu Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə “Əməkdar Mühəndis” fəxri adı ilə təltif edilmişdir[3].

İstinadlar

  1. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) kitabı, I cild, səhifə: 257-262.
  2. "Azərbaycan Respublikasında İnşaat işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2014-cü il tarixli, 371 nömrəli Sərəncamı". e-qanun.az (azərb.). 10 aprel 2014. İstifadə tarixi: 26 may 2016.
  3. "İnşaat işçilərinə "Əməkdar Mühəndis" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2017-ci il tarixli Sərəncamı". e-qanun.az (azərb.). 10 aprel 2014. İstifadə tarixi: 13 aprel 2017.