MediaWiki:Türk dünyasının mədəniyyət paytaxtı
Mammadov2 (Müzakirə | töhfələr) (→Türk dünyasının mədəniyyət paytaxtlarının siyahısı) tərəfindən edilmiş 22:08, 5 noyabr 2022 tarixli dəyişiklik
Türk dünyasının mədəniyyət paytaxtı — TÜRKSOY-un təşəbbüsü ilə türkdilli dövlət, yaxud regionların şəhərlərindən hər il birinin Türk dünyasının mədəniyyət mərkəzi seçilməsi. Türk dünyasının mədəniyyət paytaxtı seçilmiş şəhərlərdə il ərzində Türk dünyasının mədəni tədbirləri keçirilir.
TÜRKSOY-un üzv-şəhərlərindən hər il birinin illik olaraq Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi barədə qərar 2010-cu ildə türkdilli ölkə başçılarının X sammitində qəbul olunmuşdur.
Türk dünyasının birinci mədəniyyət paytaxtı 2012-ci ildə TÜRKSOY şurası tərəfindən Qazaxıstan paytaxtı Astana seçilib. Daha sonra Əskişəhər, Kazan, Marı, Şəki, Türkistan, Oş və Xivə şəhərləri də növbə ilə Türk dünyasının mədəniyyət paytaxtları seçilib.
Türk dünyasının mədəniyyət paytaxtlarının siyahısı
İl | Şəhər | Ölkə/Region | |
---|---|---|---|
2012 | Astana | Qazaxıstan | |
2013 | Əskişəhər | Türkiyə | |
2014 | Kazan | Tatarıstan | |
2015 | Marı | Türkmənistan | |
2016 | Şəki | Azərbaycan | |
2017 | Türkistan | Qazaxıstan | |
2018 | Kastamonu | Türkiyə | |
2019 | Oş | Qırğızıstan | |
2020 | Xivə | Özbəkistan | |
2022 | Bursa | Şablon:Flaqifikasiya/Turkey | - |
2023 | [[Şuşa | Şablon:Flaqifikasiya/Azerbaijan |
Bu cədvəl Şəki Ensiklopediyasının yoxlanılmış siyahısılarından biridir. |
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |