Suğra Mirzəyeva
Suğra Mirzəyeva | |
---|---|
Mirzəyeva Suğra Yusif qızı | |
Suğra Mirzəyeva, 1963-cü il. | |
Anadan olub | ≈ 1935 |
Vəfat edib | + 2000 |
Atası | Yusif |
Anası | Sənubər |
Vətəndaşlıq | SSRİ |
Təhsili |
• Nuxa toxuculuq texnikumu (1950–1954) • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, jurnalistika fakültəsi, qiyabi (1959–1965) |
Suğra Mirzəyeva (1935–+2000) — sovet dövründə Şəki şəhər soveti sədrinin müavini, Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş tanınmış jurnalist. 1998-ci ildə çap edilmiş Birinci Qarabağ müharibəsində şəhid olmuş şəkililərin bioqrafik məlumatlarından və onlar haqqında hekayələrdən ibarət “Şəki qartalları” kitab – xatirə toplusunun həmmüəllifidir.
Haqqında məlumatlar
1935-ci ildə anadan olub.
Təhsili
1942 – 1950-ci illərdə yeddiİllik məktəbdə,
1950 – 1954-cü illərdə Nuxa toxuculuq texnikumunda,
1959 – 1965-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
1954-cü ildən Nuxa ipək kombinatının burucu sexində işləyib; əvvəl nəzarətçi, bir il sonra 12 nəfərlik burucular briqadasının briqadiri,
1960-cı ildən növbə rəisi,
1970-ci illərin əvvəllərində isə Şəki şəhər soveti sədrinin müavini vəzifəsində çalışıb.
1974-cü ildən “Şəki fəhləsi” qəzetinin əməkdaşı idi.
İctimai-siyasi aktivliyi
1959 – 1961, 1961 – 1963 və 1971 – 1973-cü illərdə müvafiq olaraq yeddinci, səkkizinci, on üçüncü çağırış Nuxa şəhər sovetinin,
1963 – 1966-ci illərdə isə VI çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub.
Nuxa ipək kombinatınında işləyərkən kombinatın özfaliyyət dərnəyində “Maral”, “Ana yurdum” mahnılarını ifa edib.
Azərbaycan KP XXIV qurultayında çıxış edib.
Kommunist əməyi briqadalarının və zərbəçilərinin Moskvada keçirilən Ümumittifaq müşavirəsində iştirak edib.
Ədəbiyyat
- Çələbiyev M. XALQ NAMİZƏDLƏRİ :ŞEİR DEYİLMİ? // Məhyəddin Abbasov (redaktor) Lenin bayrağı : qəzet. — Nuxa: Nuxa mətbəəsi, 1963. — В. 5 mart. — № 36 (169). — Səh. 1, 2.
- Xəlilov T SOVETLƏRƏ SEÇKİLƏR QARŞISINDA : XALQ NAMİZƏDLƏRİ : Qanadlanan arzular // İpəkçi : çoxtirajlı qəzet / Cabbarov M. (redaktor). — Nuxa: Nuxa mətbəəsi, 1963. — В. 8 mart. — № 7 (530). — Səh. 1.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |