Elmir Həbibullayev
Mammadov2 (Müzakirə | töhfələr) (→Haqqında məlumatlar) tərəfindən edilmiş 10:03, 7 aprel 2023 tarixli dəyişiklik
Elmir Həbibullayev | |
---|---|
Həbibullayev Elmir Şirin oğlu | |
Elmir Həbibullayev. | |
Anadan olub | 10 mart 1978 |
Anadan olduğu yer | Şəki, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili | Azərbaycan Dövlət İqtisad Universiteti, maliyyə və kredit fakültəsi, magistratura |
Elmir Həbibullayev — Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini.
Haqqında məlumatlar
10 mart 1978-ci il tarixdə Şəkidə anadan olub.
Təhsili
Şəki şəhər 8 saylı beynəlmiləl orta məktəbini, Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və kredit fakültəsini (magistratura),
2020-ci ildə isə Duke Universitetinin “Adaptive Strategic Execution Program”ını başa vurub.
Əmək fəaliyyəti
1998-ci ildən başlayaraq Azərbaycan Beynəlxalq Bankında çalışır; o cümlədən,
2013-cü ildən bankın baş direktoru olub.
2016-cı ildən isə bankın İdarə Heyəti sədrinin müavinidir.
Ailəsi
Atası: Şirin Həbibullayev 2015-ci ildən Şəki Bələdiyyəsi sədrinin müavini vəzifəsində çalışmışdır.
Qardaşı: Elgin Həbibullayev Bakı şəhəri Nərimanov rayon icra hakimiyyətinin başçısıdır.
Ədəbiyyat
- Rəhbərlik : İdarə Heyəti : [arx. 12 Jul 2021 - 7 Oct 2022] // ABB. — Müraciət tarixi: 27.11.2022.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |