İbrahim Tağıyev
İbrahim Tağıyev | |
---|---|
Tağıyev İbrahim Tağı oğlu | |
İbrahim Tağıyev | |
İşi SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiya Məhkəməsində olan şəxslərin siyahısında İbrahim Tağıyevin adı olan hissə, 3 oktyabr 1937-ci il. | |
Anadan olub | 1894 |
Anadan olduğu yer | Öysüzlü kəndi, Qazax qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat edib | 13 oktyabr 1937 (43 yaşında) |
Vəfat səbəbi | güllələnmə |
Mükafatları |
İbrahim Tağıyev (1894–1937) — Azərbaycan sovet partiya və dövlət xadimi. Müxtəlif illərdə bir sıra məsul vəzifələrdə çalışmışdır. 1937-ci ildə Stalin repressiyasına məruz qalıb və güllələnib. 1956-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasında onun barəsində 1937-ci ildə verilmiş hökm ləğv edilib və cinayət tərkibi olmadığı üçün həmin işə xitam verilib.
Haqqında məlumatlar
1894-cü ildə Qazax qəzasının Öysüzlü kəndində anadan olub.
Təhsili
Heç bir təhsil almayıb, özüöyrənəndir.
Əmək fəaliyyəti
1920 – 1924-ci illər arasında Tovuz qəza soveti icraiyyə komitəsinin sədri, ən geci 1924-cü ilin dekabr ayından ən tezi 21 iyun 1927-ci il tarixədək Azərbaycan K(b)P Nuxa qəza komitəsinin məsul katibi, daha sonra ÜK(b)P Zaqafqaziya vilayət komitəsində kənd təsərrüfatı şöbəsinin rəhbəri,
1929-cu ildən Azərbaycan K(b)P Naxçıvan vilayət komitəsinin məsul katibi vəzifəsində çalışıb.
26 yanvar 1930-cu il tarixdə ZSFSR Mərkəzi İcraiyyə Komitəsinin katibi seçilib. Həmçinin,
1930-cu ildə Azərbaycan K(b)P Gəncə dairə komitəsinin məsul katibi olub.
1931-ci ildən SSRİ Xalq Rabitə Komissarlığının ZSFSR üzrə nümayəndəsi,
1934-cü ildən Azərbaycan K(b)P Gəncə rayon komitəsinin 1-ci katibi,
1937-ci ildə qısa bir müddət Bakı şəhər soveti sədrinin müavini vəzifəsində çalışıb.
Təltif və mükafatları
- “Qırmızı Əmək Bayrağı” ordeni (1936).
Həbsi və güllələnməsi
12 oktyabr 1937-ci il tarixdə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının səyyar sessiyası bağlı məhkəmə iclası keçirərək İbrahim Tağıyevi ən ağır cəzaya – güllələnmə cəzasına məhkum edib. 13 oktyabr 1937-ci il tarixdə ölüm hökmü yerinə yetirilib.
Bəraət alması
3 aprel 1956-cı il tarixdə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən bəraət alıb.
Ədəbiyyat
- Тагиев Ибрагим Таги огли : [arx. 13.10.2021] : [rus.] // Сталинские расстрельные списки. — Müraciət tarixi: 13.10.2021.
- Тагиев Ибрагим Таги оглы : [arx. 24 Nov 2015 - 31 Aug 2021] : [rus.] // Справочник по истории Коммунистической партии и Советского Союза 1898 - 1991. — Müraciət tarixi: 13.10.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- İ
- Şəxslər (familiya sırası ilə)
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1894-cü ildə doğulanlar
- Qeyri-müəyyən ayda doğulanlar
- 13 oktyabrda vəfat edənlər
- Oktyabrda vəfat edənlər
- 1937-ci ildə vəfat edənlər
- "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ) laureatları
- Şəxslər (ad sırası ilə)
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə