Taleh Yusubov
Taleh Yusubov | |
---|---|
Yusubov Taleh Valeh oğlu | |
Taleh Yusubov. | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 iyul 1951 |
Doğum yeri | Nuxa, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Təhsili |
• Şəki/Nuxa Orta İxtisas Musiqi Məktəbi (1966–1969; 1970–1971) • Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutu, maşınqayırma şöbəsi (1969–1970 və 1971–1975) |
facebook səhifəsi |
Taleh Yusubov — tanınmış musiqiçi və musiqiçi-pedaqoq, “Zirvə” vokal-instrumental ansamblının yaradıcılarından biri və üzvü. 20 ilə yaxın müddət ərzində Şəki Musiqi Kollecində fortepiano müəllimi vəzifəsində çalışmışdır.
Haqqında məlumatlar
7 iyul 1951-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1958 – 1968-ci illərdə Nuxa şəhər 10 №-li orta məktəbində,
1959 – 1966-сı illərdə Nuxa şəhər 1 №-li uşaq musiqi məktəbinin fortepiano sinfində,
1966 – 1969 və 1970 – 1971-ci illərdə Şəki/Nuxa Orta İxtisas Musiqi Məktəbində,
1969 – 1970 və 1971 – 1975-ci illərdə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun maşınqayırma şöbəsində təhsil alıb.
Əmək fəaliyyəti
1975 – 1976-cı illərdə təyinatla Mingəçevir yol nəqliyyatı zavodunda mühəndis-konstruktor,
1976 – 1984-cü illərdə Şəkidə mədəniyyət şöbəsində, elektrik şəbəkəsi idarəsində, ət-süd kombinatında, V.İ.Lenin adına Şəki İpək İstehsal Birliyinin klubunda müxtəlif vəzifələrdə,
1984 – 2002-ci illərdə Şəki İpək kombinatında sex rəisi,
2003 – 2021-ci illərdə Şəki Musiqi kollecində müəllim vəzifəsində çalışıb.
Musiqi fəaliyyəti fəaliyyəti
1971 – 1973-cü illərdə bəstəkar, xalq artisti Nəriman Əzimovun rəhbərlik etdiyi Politexnik İnstitutunun xalq çalğı alətləri ansamblında royal ifaçısı olub,
1971-ci ildə Daşkənddə keçirilən “Taşpi-71” Ümumittifaq Festivalında,
1972-ci ildə isə SSRİ-nin 50 illiyinə həsr olunmuş Ümumittifaq Televiziya Festivalında çıxış edib (bu konsertlər SSRİ-nin bütün ərazisinə canlı yayımlanırdı).
1970-ci illərdə əvvəl Şəki İpək kombinatının “Təbəssüm” estrada ansamblının,
1976-cı ilin yayında Rahib Məmmədovun Füzuli adına Şəki mədəniyyət və istirahət parkının nəzdində yaratdığı estrada ansamblının,
1977-ci ildən isə Şəki mədəniyyət evinin “Zirvə” vokal-instrumental ansamblının üzvü olub.
2009-cu ilədək “Zirvə”nin solisti kimi fəaliyyət göstərib (ansambl 1978-cı ilin iyul ayında Moskvada SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində keçirilən Ümumittifaq Komsomolunun 60 illiyinə həsr olunmuş müsabiqədə 1-ci yeri tutmuş, dəfələrlə Azərbaycan Televiziyasında, Bakıda keçirilən Respublika əhəmiyyətli tədbirlərdə çıxışlar etmiş, Azərbaycanın bir çox şəhər və rayonlarında qastrol səfərlərində olmuşdur).
2003 – 2021-ci illərdə Şəki Musiqi kollecində fortepiano ixtisası üzrə müəllim vəzifəsində çalışıb.
2021-ci ildə təqaüdə çıxıb.
Ədəbiyyat
Təhmirazqızı S. Taleh Yusubov // Şəkidə ifaçılıq sənəti. — Bakı: Nərgiz, 2016. — Səhifələrin sayı: 224. — Səh.: 189. — 300 nüsx.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- T
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış musiqiçilər
- Şəkidən çıxmış pedaqoqlar
- 7 iyulda doğulanlar
- İyulda doğulanlar
- 1951-ci ildə doğulanlar
- Musiqiçilər
- Şəxslər (ad sırası ilə)
- “Şəkidə ifaçılıq sənəti” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr