Azər İsgəndərov
Azər İsgəndərov | |
---|---|
İsgəndərov Azər Fikrət oğlu | |
Azər İsgəndərov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 aprel 1959 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
|
|
Musiqi alətləri | tar və nağara |
Təhsili | Şəki Orta İxtisas Musiqi Məktəbi, tar şöbəsi (1974–1978) |
facebook səhifəsi |
Azər İsgəndərov — tanınmış musiqiçi-pedaqoq, zərb alətləri ifaçısı və vokalist. 1975-ci ilin yayından Şəki şəhər mədəniyyət evinin 14 – 18 yaşlı yeniyetmələrdən ibarət estrada ansamblında, 1976-cı ildən Şəki şəhər M.Füzuli adına Mədəniyyət və İstirahət Parkının nəzdində Rahib Məmmədovun yaratdığı estrada ansamblında, sonra uzun müddət “Zirvə” vokal-instrumental ansamblında zərb alətləri ifaçısı və vokalist kimi fəaliyyət göstərmiş, “Zirvə”nin heyətində Bakıda, eləcə də respublikanın bir sıra rayonlarında, həmçinin Moskvada və Rusiyanın digər şəhərlərində, Qazaxıstanda, Türkiyədə keçirilən tədbirlərdə, konsertlərdə, festivallarda çıxış etmiş, uzun müddət Şəki şəhər 2 №-li musiqi məktəbində nağara ixtisasından dərs demişdir.
Haqqında məlumatlar
8 aprel 1959-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1966 – 1974-cü illərdə Şəki şəhər 19 №-li orta məktəbdə,
1969 – 1974-cü illərdə Şəki şəhər 1 №-li musiqi məktəbinin tar şöbəsində,
1974 – 1978-cü illərdə Şəki Orta İxtisas Musiqi Məktəbinin tar şöbəsində təhsil alıb.
Hərbi xidməti
1978 – 1980-cı illərdə həqiqi hərbi xidmətdə olub.
Əmək fəaliyyəti
1978-ci ildə bir neçə ay Şəki şəhər 2 №-li musiqi məktəbində tar ixtisası üzrə müəllim,
1981 – 2018-ci illərdə isə nağara ixtisası üzrə müəllim işləyib.
Fotolar
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |