Tural Möyüfov

Mammadov2 (müzakirə | redaktələr) tərəfindən edilmiş 23:13, 15 dekabr 2023 tarixli redaktə

Tural Möyüfov — ali təhsilli rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü.

Tural Möyüfov
Möyüfov Tural Namiq oğlu
Tural Möyüfov
Tural Möyüfov.
Doğum tarixi 15 dekabr 1991 (1991-12-15) (33 yaş)
Doğum yeri Kiş, Şəki rayonu, Azərbaycan
Vətəndaşlığı Azərbaycan
Təhsili Azərbbaycan Dövlət Rəssamlıq Akademiyası, təsviri sənət fakültəsi (2009–2013)
facebook səhifəsi

Haqqında məlumatlar

15 dekabr 1991-ci il tarixdə Şəki rayonunun Kiş kəndində anadan olub.

Təhsili

1998 – 2009-cu illərdə Kiş kənd 1 saylı orta məktəbdə təhsil alıb.

2004 – 2009-cu illərdə Fuad Əbdürəhmanov adına Şəki Şəhər 1 saylı Uşaq İncəsənət Məktəbində rəssamlığın sirlərini öyrənib.

2009 – 2013-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təsviri sənət fakültəsində təhsil alıb.

Hərbi xidmət

2013 – 2014-ci illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək və yaradıcılıq fəaliyyəti

2015-ci ildə qısa müddət Şəki Dram Teatrında fəaliyyət göstərib; “Oğru” tamaşasının quruluşçu rəssamı olub.

2017-ci ildə “Xənnas” filmində rəssamı olub.

2017 – 2018-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında tədris ustası vəzifəsində çalışıb.

Bir sıra yerli və beynəlxalq sərgi və simpoziumlarda iştirak edib.

Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

İştirak etdiyi sərgilər

  • “Gənclər” (2013,2019);
  • VI Beynəlxalq Tullantıdan Sənətə simpozium (Bakı 2017);
  • İACEA HANRYU ART ( Koreya 2018);
  • “Qrafika” (2019);
  • Beynəlxalq Ostraka Biennalı ( Misir 2019);
  • “31 Mart Azərbaycanlıların Soyqrımı Günü” (2019);
  • VI Beynəlxalq İpək Yolu İncəsənət Festivalı (Çin 2019);
  • Yaxın Doğu Universiteti Kipr Müasir İncəsənət Muzeyi simpozium və sərgisi (Kipr 2019);

Ailəsi

Ailəlidir.