Mirvari Qəhrəmanlı
Mirvari Qəhrəmanlı | |
---|---|
Mirvari Üzeyir qızı Qəhrəmanlı | |
Anadan olub | 23 iyul 1946 |
Anadan olduğu yer |
SSRİ Azərbaycan SSR, Şəki |
Həyat yoldaşı | Mürşüd Hacıyev |
Uşaqları | 2 qız övladı və 3 nəvəsi var. |
Atası | Üzeyir |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Dini | İslam[1] |
Mirvari Qəhrəmanlı (tam adı: Mirvari Üzeyir qızı Qəhrəmanlı; d. 23 iyul 1946, Şəki, Azərbaycan SSR, SSRİ) — hüquq müdafiəçisi; "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin rəhbəri[1]
İctimai-siyasi fəaliyyəti
SSRİ dönəmində birləşmiş həmkarlar təşkilatının sədri işləmiş, komsomolda çalışmış, keçmiş Orcanikidze rayonunda deputat olmuşdur[2].
1992-1994-cü illərdə ARDNŞ-nin Azərneft və Qazçıxarma üzrə baş idarə rəisinin kadr və sosial məsələlər üzrə müavini vəzifəsində işləmişdir[2].
Milli Müqavimət Hərəkatında iştirak etmiş, SİDSUH-da katib olmuşdur. Demkonqresdə ADİP-i təmsil etmişdir[2].
"Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin yaradıcılarından biridir. Hazırda həmin təşkilatın rəhbəridir. Təşkilat 1996-cı ildə[3] yaransa da yanız 2006-cı ildə dövlət qeydiyyatına alınmışdır.
Ailəsi
Dindar bir ailədə böyüyüb, tərbiyə almışdır[1]. Ana babası təhsil almış molla olub[1][2]. Ailədə 7 uşaq olublar[2].
Həyat yoldaşı Mürşüd bəy Füzuli rayonundandır[4].
2 qız övladı (Mətanət və Sara[2]) və 3 nəvəsi var[4]. Böyük qızı Mətanət Əzizova da hüquq müdafiəçisidir və Qadın Krizis Mərkəzinin rəhbərlik edir[5][6].
İstinadlar
- ↑ 1,0 1,1 1,2 1,3 Mirvari Qəhrəmanlı ilə “Ciddi Söhbət”
- ↑ 2,0 2,1 2,2 2,3 2,4 2,5 “ŞƏKİLİ OLSAM DA, XÖRƏK BİŞİRMƏKLƏ ARAM YOXDUR”
- ↑ "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilat"ı haqqında məlumat
- ↑ 4,0 4,1 “QADINI YALNIZ MƏTBƏXDƏ GÖRMƏK İSTƏYƏNLƏR QARINQULU KİŞİLƏRDİR”
- ↑ “ANAM ADİ QADINLARA OXŞASA, DƏHŞƏTƏ GƏLƏRƏM”
- ↑ Azad Fikir Universitetinin növbəti interaktiv mühazirəsi. Mətanət Əzizova: "Azərbaycan qadınları və gender bərabərliyi"