Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Zemfira Hacıyeva

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 21:42, 18 fevral 2023 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Zemfira Hacıyeva
Hacıyeva Zemfira Əli qızı
Zemfira Hacıyeva
Zemfira Hacıyeva.
Doğum tarixi 2 mart 1955 (1955-03-02) (69 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi tarix
İş yeri

AMEA RH aparatının Elmi irs şöbəsi, müdir

A.A.Bakixanov adına Tarix İnstitutu, aparıcı elmi işçi
Elmi dərəcəsi tarix üzrə elmlər doktoru
Elmi adı dosent
Təhsili M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutu (–1982)
Mükafatları "Tərəqqi" medalı
facebook səhifəsi

Zemfira Hacıyeva — tarix üzrə elmlər doktoru, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatı Elmi irs şöbəsinin müdiri.

Haqqında məlumatlar

2 mart 1955-ci il tarixdə Nuxada (indiki Şəki), ziyalı ailəsində anadan olub.

Təhsili

1982-ci ildə M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunu (indiki Bakı Slavyan Universiteti) bitirib.

Əmək fəaliyyəti

1976 – 1977-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının kadrlar və aspirantura şöbəsində makinaçı-katibə,

1987 – 1992-ci illərdə Azərbaycan SSR EA/AMEA Tarix İnstitutunun Arxeologiya və etnoqrafiya sektorunda baş laborant vəzifəsində çalışıb.

1992 – 2001-ci illərdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda kiçik elmi işçi (0,5 şt.) olub.

2003-cü ildən AMEA Rəyasət Heyəti aparatı Elmi irs şöbəsinin müdiri[qeyd 1] və AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisidir (0,5 şt.).

Pedaqoji fəaliyyəti

2000 – 2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində baş müəllim vəzifəsində çalışıb.

Elmi fəaliyyəti

2005-ci ildə “Qarabağ xanlığı: sosial-iqtisadi münasibətlər və dövlət quruluşu” mövzusunda namizədlik dissertasiyasını,

2013-cü ildə “Qarabağ və İrəvan xanlıqlarının tarixşünaslığı” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 84, o cümlədən, onlardan xaricdə çıxanların sayı 17, beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrinin sayı 17-dir.

Elmi-ictimai fəaliyyəti

2007-ci ildən AMEA Ekspert Yoxlama Komissiyasının sədri,

2007-ci ildən Azərbaycan Tarix Qurumun üzvü,

2019-cu ildən AMEA Qadınlar Şurası “Dünya gender elmi və beynəlxalq əlaqələr” işçi qrupunun rəhbəridir.

Təltif və mükafatları

  • AMEA-nın fəxri fərmanı (2000, 200, 2015);
  • “Tərəqqi” medalı – Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi münasibəti ilə (2015);
  • “Əmək veteranı” adı (2019).

Qeydlər

  1. Vəzifənin əvvəlki adları: AMEA RH yanında Azərbaycanda Elmi İrsin Toplanılması və Sistemləşdirilməsi şöbəsinin rəisi (2003 – 2011); AMEA RH yanında Azərbaycanda Elmi İrsin Toplanması və Sistemləşdirilməsi Mərkəzinin rəisi (2011 – 2018); AMEA Rəyasət Heyəti Elmi irs mərkəzinin rəhbəri (2018 – 2020); AMEA RH Elmi irs şöbəsinin müdiri (2020).

Ədəbiyyat

  1. "Hacıyeva Zemfira Əli qızı". http://www.science.gov.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 6 Nov 2017 – 18 Sep 2020 tarixində arxivləşdirilib.
  2. "Гаджиева Земфира Али кызы". http://m.science.gov.az/ (русский). Национальная академия наук Азербайджана. 15 Jun 2019 – 5 Aug 2020 tarixində arxivləşdirilib.
  3. "HACIYEVA ZEMFİRA ƏLİ QIZI". http://tarixinstitutu.az/ (azərb.). AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu. 1 Mar 2021 tarixində arxivləşdirilib.