Məbud Məhərrəmov
Jump to navigation
Jump to search
Məbud Məhərrəmov | |
---|---|
Məhərrəmov Məbud Əliəsgər oğlu | |
Məbud Məhərrəmov. | |
Doğum tarixi | 12 mart 1957 |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Peşəsi | aktyor |
Təhsili | M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu, dram-kino aktyoru fakültəsi ( – 1978) |
Mükafatları | |
IMDb | ID 0535918 |
Facebook səhifəsi |
Məbud Məhərrəmov — Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru.
Haqında məlumatlar
12 mart 1957-ci il tarixdə Bakıda anadan olub.
Təhsili
1978-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsini bitirib.
Əmək və yaradı fəaliyyəti
1978-ci ildən Səməd Vurğun adına Rus Dram Teatrının aktyorudur. Bu illər ərzində teatrın səhnəsində 50-dən çox rol oynayıb. Həmçinin, bir çox filmlərə çəkilib.
Təltif və mükafatları
- “Azərbaycan Respublikasının əməkdar artisti” fəxri adı (2000);
- “Azərbaycan Respublikasının xalq artisti” fəxri adı (2006);
- Azərbaycan Respublikası Prezidentinin mükafatı (2006, 2012, 2014, 2015);
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü (2016).
Filmoqrafiya
- Ailə (film, 1998) (tammetrajlı bədii film)-rol: qaçqın;
- Aşkarsızlıq şəraitində... (film, 1986);
- Bir anın həqiqəti (film, 2003);
- Cavid ömrü (film, 2007);
- Dronqo (serial, 2002);
- Etimad telefonu (film, 2001);
- Fatehlərin divanı (film, 1997);
- Güllələnmə təxirə salınır!...;
- Həyət (film, 2015) (qısametrajlı bədii film);
- Hücum (film, 1989);
- Xüsusi vəziyyət (film, 1986);
- İşgüzar səfər (film, 1982);
- Qala (film, 2008);
- Qorxma, mən səninləyəm! 1919 (film, 2013);
- Məşədi İbad-94 (film, 2005);
- Murad-Sad (film, 1988);
- Nə gözəldir bu dünya... (film, 1999);
- Nigarançılıq (film, 1998);
- Onun atası (film, 2016);
- Özgə ömür (film, 1987)-Müstəntiq;
- Park (film, 1983);
- Sirr (serial, 2012);
- Sübhün səfiri (film, 2012);
- Təhminə (film, 1993);
- "Yapon" və yaponiyalı (film, 1990);
- Yaşıl eynəkli adam (film, 1987);
- Yaşıl eynəkli adam-2 (film, 1999)-Qərib;
- Yaşıl eynəkli adam-3 (film, 2002)-Qərib;
- Yumurta (film, 2003);
- Xeyirlə şərin rəqsi (film, 2016);
- Ana və poçtalyon (2020).
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
14 Kateqoriya:
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış aktyorlar
- Şəkidən çıxmış teatr xadimləri
- Şəkidən çıxmış kino xadimləri
- Şəkidən çıxmış görkəmli şəxslər
- 1957-ci ildə doğulanlar
- 12 martda doğulanlar
- Martda doğulanlar
- Azərbaycan Respublikasının xalq artistləri
- Azərbaycan Respublikasının əməkdar artistləri
- Kino xadimləri
- Şəxslər (ad sırası ilə)
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə