Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Osman Məmmədov

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 11:47, 22 aprel 2023 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Osman Məmmədov
Məmmədov Osman Abdukərim oğlu
Osman Məmmədov
Osman Məmmədov.
Anadan olub 23 aprel 1970 (1970-04-23) (54 yaş)
Anadan olduğu yer Baş Şabalıd, Şəki rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu (1990–1995)

Osman Məmmədov — tanınmış araşdırmaçı-jurnalist və ictimai-siyasi fəal; 2020-ci ildə VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 114 saylı Şəki Kənd Birinci Seçki dairəsindən namizəd olmuş, lakin seçilməmişdir.

Haqqında məlumatlar

23 aprel 1970-ci il tarixdə Şəki rayonunun Baş Şabalıd kəndində anadan olub.

Təhsili

1987-ci ildə Baş Göynük kənd 1 saylı orta məktəbini bitirib.

1990 – 1995-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda ali təhsil alıb.

Hərbi xidmət

1988 – 1990-cı illərdə sovet ordusunda hərbi xidmət edib.

Jurnalistlik və publisistik fəaliyyəti

1996-cı ildən mətbuat sahəsində müxtəlif vəzifələrdə çalışıb.

2002-ci ildən Azərbaycan Təhsil Problemləri İnstitutunun normativ sənədlər şöbəsində, sonralar isə “Spektr” ictimai-siyasi jurnalında işləyib.

2005-ci ildən “Korrupsiya və Cəmiyyət” adlı ictimai-siyasi jurnalın baş redaktorudur.

“Korrupsiya və dövlətçilik” qəzetinin təsisçisidir.

2018 – 2020-ci illərdə, vaxtilə indiki Azərbaycan ərazisindən Türkiyəyə mühacirət etmiş şəxslərin həyatlarını araşdırıb.

Ailəsi

Ailəlidir, iki övladı var.

Ədəbiyyat

  1. "Məni seçin ki, siz də seçiləsiniz". https://www.arazinfo.com (azərb.). arazinfo.com. 2020-01-18. 23 Nov 2020 tarixində arxivləşdirilib.