Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.

Gülnaz Salamova

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 17:51, 19 mart 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Gülnaz Mustafa qızı Salamova
Gülnaz Mustafa qızı Salamova
Anadan olub 25 iyun 1954 (1954-06-25) (70 yaş)
Anadan olduğu yer Flag of the Soviet Union.svg SSRİ
Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Nuxa
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Dövlət Xarici Dillər İnstitu

Gülnaz Salamova (Gülnaz Mustafa qızı Salamova; d. 1954, Nuxa, Azərbaycan SSR, SSRİ) — Şəki şəhər bələdiyyəsinin üzvü (2000-cı ildən), sabiq sədr müavini (2010 – 2020) və sabiq sədri (2006-2010).

Haqqında məlumatlar

1954-cü ildə Nuxa şəhərində anadan olub. Azərbaycan Dövlət Xarici Dillər İnstitutunu bitirdikdən sonra Şəki şəhər 9 saylı orta məktəbdə ingilis dili müəlliməsi kimi əmək fəaliyyətinə başlayıb.

1981-1982-ci illərdə Şəki Şəhər Komsomol Komitəsinin məktəblər üzrə komsomol təşkilatçısı, 1982-2005-ci illərdə Maarif, Ali Məktəb, Elmi İdarə İşçiləri Həmkarlar İttifaqı Şəki şəhər Komitəsinin sədri işləyib.

1980-1982, 1990-1995-ci illərdə Şəki Şəhər Sovetinin deputatı olub.

1999, 2004, 2009 və 2014-cü illərdə Şəki şəhər bələdiyyəsinin üzvü seçilib. 2005-ci ildən 2010-cu ilədək Şəki Bələdiyyəsinin sədri olub, 2010-2019-cu illərdə bələdiyyə sədrinin birinci müavini olub.

2001-ci ilin may ayından Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin üzvüdür.

“Sevil” Qadınlar Məclisi Şəki təşkilatının sədridir.

Həmçinin, bax:


Mənbələr