Ləman Kaşiyeva
Jump to navigation
Jump to search
Ləman Kaşiyeva | |
---|---|
Kaşiyeva Ləman Aydın qızı | |
Ləman Kaşiyeva, 2018-ci il | |
Doğum tarixi | 17 aprel 1967 |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elmi dərəcəsi | iqtisad elmləri namizədi |
Elmi adı | dosent |
Təhsili | D.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (1984 – 1988) |
Atası | Aydın Kaşiyev |
Ləman Kaşiyeva – iqtisad elmləri namizədi, Azərbaycan Dövlət İqtisad Universitetinin biznesin təşkili kafedrasının dosenti (2013 – 2017).
Haqqında məlumatlar
17 aprel 1967-ci il tarixdə Bakıda anadan olub.
Təhsili
1974 – 1984-cü illərdə Bakı şəhər 134 №-li orta məktəbdə,
1984 – 1988-ci illərdə D.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb.
Əmək fəaliyyəti
1988 – 1991-ci illərdə Memarlıq və Tikinti Elmi-Tədqiqat İnstitutunda iqtisadçı vəzifəsində çalışıb.
1991-2001-ci illərdə Bakı Yerli Sənaye Texnoloji Texnikumunda müəllim işləyib.
2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin biznesin təşkili kafedrasına müəllim,
2002 – 2013-cü illərdə baş müəllim,
2013 – 2017-ci illərdə isə dosent vəzifəsində çalışıb.
İstifadə edilmiş mənbə
- "i.e.n., dosent Kaşıyeva Ləman Aydın". unec.edu.az (azərb.). unec.edu.az. 12 Sep 2016 – 21 Jan 2020 tarixində arxivləşdirilib.