Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Ləman Kaşiyeva

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Ləman Kaşiyeva
Kaşiyeva Ləman Aydın qızı
Ləman Kaşiyeva
Ləman Kaşiyeva, 2018-ci il.
Doğum tarixi 17 aprel 1967 (1967-04-17) (54 yaş)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
İş yeri Azərbaycan Dövlət İqtisad Universiteti, Rus İqtisad Məktəbi, iqtisadiyyat kafedrası (dosent)
Elmi dərəcəsi iqtisad elmləri namizədi
Elmi adı dosent
Təhsili D.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (1984–1988)
Atası Aydın Kaşiyev
facebook səhifəsi

Ləman Kaşiyeva — iqtisad elmləri namizədi, Azərbaycan Dövlət İqtisad Universiteti Rus İqtisad Məktəbinin iqtisadiyyat kafedrasının dosenti.

Haqqında məlumatlar[redaktə | əsas redaktə]

17 aprel 1967-ci il tarixdə Bakıda anadan olub.

Təhsili[redaktə | əsas redaktə]

1974 – 1984-cü illərdə Bakı şəhər 134 №-li orta məktəbdə,

1984 – 1988-ci illərdə D.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb.

Əmək fəaliyyəti[redaktə | əsas redaktə]

1988 – 1991-ci illərdə Memarlıq və Tikinti Elmi-Tədqiqat İnstitutunda iqtisadçı,

1991-2001-ci illərdə Bakı Yerli Sənaye Texnoloji Texnikumunda müəllim vəzifəsində çalışıb.

2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində işləyir; o cümlədən,

2001 – 2002-ci illərdə biznesin təşkili kafedrasında müəllim,

2002 – 2013-cü illərdə baş müəllim,

2013 – 2017-ci illərdə dosent vəzifəsində çalışmış,

2017-ci ildən isə Rus İqtisad Məktəbinin iqtisadiyyat kafedrasının dosenti olmuşdur.

Elmi fəaliyyəti[redaktə | əsas redaktə]

2006-cı ildə “Azərbaycan Biznesin inkişafında Böyük İpək Yolunun rolu” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

Milli iqtisadiyyatın aktual problemlərinə aid 50-ə qədər elmi əsərin, o cümlədən 5 kitab, dərslik və dərs vəsaitinin, tədris proqramların müəllifidir. Məqalələri həm respublika daxilində, həm də xaricdə dərc olunub.

Ailəsi[redaktə | əsas redaktə]

Ailəlidir, bir övladı var.

Ədəbiyyat[redaktə | əsas redaktə]

  1. "i.e.n., dosent Kaşıyeva Ləman Aydın". unec.edu.az (azərb.). unec.edu.az. 12 Sep 2016 – 21 Jan 2020 tarixində arxivləşdirilib.