Yaşar Qarayev
Yaşar Qarayev | |
---|---|
Qarayev Yaşar Vahid oğlu | |
Yaşar Qarayev | |
Doğum tarixi | 5 mart 1936 |
Doğum yeri | Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | 25 avqust 2002 (66 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan Respublikası |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
Elmi adı | professor |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsi (1954 – 1958) |
Tanınır | tənqidçi, ədəbiyyatşünas |
Mükafatları |
Yaşar Qarayev — ədəbiyyatşünas alim, filologiya elmləri doktoru (1980), professor (1985), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1980), Azərbaycan SSR əməkdar elm xadimi (1982), Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat Dil İnstitutunun direktoru (1985 – 2002), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2002).
Həyatı
5 mart 1936-cı il tarixdə Nuxa şəhərində anadan olub.
Təhsili
Nuxa şəhər 3 №-li və Bakı şəhər 31 №-li orta məktəblərdə oxuyub.
1958-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
Əmək fəaliyyəti
1959-cu ildən Azərbaycan SSR EA-da əmək fəaliyyətinə başlayıb; Nizami adına Ədəbiyyat Dil İnstitutunun şöbə müdiri (1975 – 1981), elmi işlər üzrə direktor müavini (1981-1985), daha sonra direktoru olub.
Elmi fəaliyyəti
1963-cü ildə filologiya üzrə namizədlik,
1979-cu ildə doktorluq dissertasiyasını müdafiə edib.
1985-ci ildə professor elmi adını alıb.
2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.
38 monoqrafik tədqiqat əsərinin və ədəbi-tənqidi məqalələr məcmuəsinin, 500-dən artıq məqalənin müəllifidir.
Azərbaycan ədəbiyyatının tarixi və nəzəriyyəsi, ədəbi əlaqələr, teatrşünaslıq, ədəbi tənqid və publisistika, estetika, mədəniyyətşünaslıq onun yaradıcılığının əsas istiqamətləridir. Bədii metod nəzəriyyəsi, Renessans və maarifçilik, cari ədəbi proses, ədəbiyyat tarixçiliyində, ədəbi tənqiddə analitik-nəzəri məktəb və üslub alimin yazdığı tədqiqatların əsas mövzu və problemlərini təşkil edir. Şərqdə realizmin genezisi, tipologiyası barədə fundamental nəzəri ideyalar ümumtürk miqyasında həmin problemlərin həllində elmi məktəb və təlim rolunu oynayıb. Azərbaycanda milli ədəbi tərəqqinin inkişafı, mərhələ təsnifi və bədii tipologiyası haqqında yeni konsepsiya da ilk dəfə alimin «Tarix: yaxından və uzaqdan» (1996) kitabında irəli sürülmüş və «Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər» (2002) kitabında elmi həllini tapmışdır. Bu məsələlər, həmçinin «Faciə və qəhrəman» (1965), «Azərbaycan realizminin mərhələləri» (1980), «Meyar - şəxsiyyətdir» (1988), «Min ilin sonu» (2002) və s. kitablarında öz həllini tapıb.
İctimai aktivliyi
«Dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları» problemi üzrə Əlaqələndirmə Şurasının (1985 – 2002), Ədəbiyyatşünaslıq üzrə müdafiə şurasının sədri, Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin, bir sıra elmi və bədii şuraların, Çingiz Aytmatov Akademiyasının, Atatürk Araşdırmalar Mərkəzinin, Şəhriyar Konqresinin üzvü olmuşdur.
Təltif və mükafatları
- Azərbaycan SSR Dövlət Mükafatı (1980),
- Azərbaycan SSR əməkdar elm xadimi fəxri adı (1982),
- «Məmməd Araz» mükafat.
- «Həsən Turabov» mükafatı.
Vəfatı
25 avqust 2002-ci il tarixdə Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.
Vəfatı münasibəti ilə Azərbaycan Respublikasının rəsmi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin, Azərbaycan Respublikasının Milli Məclisin sədri Murtuz Ələsgərovun, Azərbaycan Respublikasının Baş Naziri Artur Rasizadənin və başqa görkəmli şəxslərin imzası ilə nekroloq dərc olunub.
Xatirəsi
Yaşar Qarayevin "Seçilmiş əsərləri" 5 cild | |
---|---|
Müəlliflər | baş redaktor akademik İsa Həbibbəyli, elmi redaktor fil.e.d.prof. Şirindil Alışanlı, tərtib edənlər: fil.e.d.prof. Şirindil Alışanlı, fil.f.d.dos. Aygün Bağırlı |
Janr | Ədəbiyyyat tarixi |
Orijinalın dili | azərbaycan dili |
Ölkə | Azərbaycan |
Nəşriyyat | "Elm" |
Cild | 5 |
Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafındakı xidmətlərini nəzərə alaraq anadan olmasının 80 illik yubileyi ilə əlaqədar olaraq AMEA Rəyasət Heyətinin 2015-ci il, 14/5 nömrəli Qərarına əsasən “Seçilmiş əsərləri” 5 cilddə hazırlanaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən nəşr edilmişdir.
Əsərləri
- 1. Faciə və qəhrəman. Bakı: Azərbaycan SSR EA nəşriyyatı, 1965, 192 səh.
- 2. Səhnəmiz və müasirlərimiz. Bakı: Azərnəşr, 1972, 252 səh.
- 3. Tənqid: problemlər, portretlər. Bakı: Azərnəşr, 1976, 212 səh.
- 4. Poeziya və nəsr. Bakı: Yazıçı, 1979, 198 səh.
- 5. Realizm: sənət və həqiqət. Bakı: Elm, 1980, 258 səh.
- 6. Mirzə Fətəli Axundov. Bakı: Yazıçı, 1982, 36 səh.
- 7. Poeziyanın kamilliyi. Bakı: Yazıçı, 1985, 190 səh. (şərikli).
- 8. Ədəbi üfüqlər. Bakı: Gənclik, 1985, 286 səh.
- 9. Meyar-şəxsiyyətdir. Bakı: Yazıçı, 1989, 494 səh.
- 10.Xan bülbülün nağılı. Bakı: Azərnəşr, 1994, 56 səh.
- 11.Tarix: Yaxından və uzaqdan. Bakı: 1996, 710 səh.
Filmoqrafiya
- [[:az:Geriyə baxmağa dəyər (film, 1985)|Geriyə baxmağa dəyər (film, 1985)].
- Sən həmişə bizimləsən (film, 1997).
- Cavad Heyət varlığı (film, 2002).
- Üç zirvənin fatehi (film, 2008).
İstifadə edilmiş mənbələr
- Məmmədov Ə., Xalıqov F. Qarayev Yaşar // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 318 – 321. — 1.000 nüsx.
- "YAŞAR VAHİD OĞLU QARAYEV". azertag.az (azərb.). AZƏRTAC. 25.08.2002 [16:0. 25 Aug 2020 tarixində arxivləşdirilib.
- "Vəfat etmiş müxbir üzvlər/Qarayev Yaşar Vahid oğlu". science.gov.az (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 19 Sep 2018 – 22 Jul 2019 tarixində arxivləşdirilib.
- Y
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış alimlər
- 1936-cı ildə doğulanlar
- 5 martda doğulanlar
- Martda doğulanlar
- 25 avqustda vəfat edənlər
- Avqustda vəfat edənlər
- 2002-ci ildə vəfat edənlər
- Azərbaycan SSR əməkdar elm xadimləri
- Azərbaycan SSR dövlət mükafatı laureatları
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr