Dinarə Əliyeva
Dinarə Əliyeva | |
---|---|
Əliyeva Dinarə Fuad qızı | |
Dinarə Əliyeva | |
Dinarə Əliyeva | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 iyun 1980 |
Doğum yeri |
Bakı, ![]() ![]() |
Peşəsi | opera ifaçısı |
|
|
Mükafatları |
![]() ![]() |
![](https://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/ce/La_traviata_%D0%93%D0%90%D0%91%D0%A2_%D0%A0%D0%BE%D1%81%D1%81%D0%B8%D0%B8.jpeg/250px-La_traviata_%D0%93%D0%90%D0%91%D0%A2_%D0%A0%D0%BE%D1%81%D1%81%D0%B8%D0%B8.jpeg)
Dinarə Əliyeva – opera ifaçısı (soprano), Azərbaycan Respublikasının xalq artisti (2018).
Haqqında məlumatlar
12 iyun 1980-cı il tarixdə Bakıda anadan olub.
Təhsili
1998-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini bitirib.
2004-cü ildə isə Bakı Musiqi Akademiyasını magistr pilləsi üzrə təhsilini başa vurub.
Daha sonra Musiqi Akademiyasının aspiranturasında təhsil alıb.
Əmək fəaliyyəti
2002 – 2005 illərdə Azərbaycan Dövlət Opera və Balet teatırın solistı olub.
Uğurları
1998-ci ildə Bülbül adına məktəbin şagirdi olarkən Vokalçıların orta ixtisas musiqi məktəbləri üzrə keçirilən VII Respublika müsabiqəsində iştirak etmiş və müsabiqənin laureatı olmuşdur.
2005-ci ildə Vokalçıların Bülbül adına III Beynəlxalq müsabiqəsində iştirak etmiş, üçüncü yer tutmuşdur.
2007-ci ildə Maria Kallas festivalının,
2009-ci ildə Yelena Obraztsova beynəlxalq mahnı müsabigəsinin,
2010-ci ildə Plasido Dominganın mahnı müsabigəsinin laureatı olub.
Təltif və mükafatları
- “Əməkdar İncəsənət Xadimi” – Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə (17 sentyabr 2010)[1];
- “Xalq artisti” – Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə (27 may 2018)[2];
Filmoqrafiya
İstinadlar
- ↑ "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". https://president.az/ (azərb.). Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi. 17 sentyabr 2010. 8 Sep 2020 tarixində arxivləşdirilib.
- ↑ "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". https://president.az/ (azərb.). Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. 12 Nov 2018 – 5 Mar 2020 tarixində arxivləşdirilib.