Şahnaz Qəhrəmanova
Şahnaz Qəhrəmanova | |
---|---|
Qəhrəmanova Şahnaz İsmayıl qızı | |
Şahnaz Qəhrəmanova. | |
Doğum tarixi | 27 mart 1972 |
Doğum yeri | Baş Göynük, Şəki rayonu, Azərbaycan SSR, SSRİ |
İş yeri | AMEA Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu (böyük elmi işçi) |
Elmi dərəcəsi | kimya üzrə fəlsəfə doktoru |
Elmi adı | dosent |
Təhsili | M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universiteti (1992–1997) |
Şahnaz Qəhrəmanova — kimya üzrə fəlsəfə doktoru, dosent, AMEA Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun böyük elmi işçisi.
Haqqında məlumatlar
27 mart 1972-ci il tarixdə Şəki rayonunun Baş Göynük kəndində anadan olub.
Təhsili
1979 – 1989-cu illərdə Baş Göynük kənd orta məktəbində,
1992 – 1997-ci illərdə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin kimya fakültəsində təhsil alıb.
Elmi fəaliyyəti
2017-ci ildə kimya üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə edib.
2020-ci ildə dosent elmi adını alıb.
Çapdan çıxmış 70 elmi əsərin (50-si xarici ölkədə və 10-u beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunmaqla), bir patentin və bir monoqrafiyanın müəllifidir.
“Katalizator-substrat qeyri kovalent qarsılıqlı təsiri hesabına C-C1, C-H və C=O rabitələrinin funksionallaşdırılmasının tədqiqi” adlı doktorluq dissertasiyasının üzərində işləyir.
Əmək fəaliyyəti
1997 – 2005-ci illərdə AMEA Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda böyük laborant vəzifəsində işləyib.
2005 – 2009-cu illərdə AMEA Kimya Problemləri İnstitutunda kiçik elmi işçi,
2009 – 2017-ci illərdə elmi işçi vəzifəsində çalışıb.
2017-ci ildən AMEA Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda böyük elmi işçi vəzifəsində işləyir.
İkinci iş yerləri
2018 – 2021-ci illərdə Bakı Dövlət Universitetində,
2017 – 2018-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində dərs deyib.
Ailəsi
Ailəlidir, iki övladı var.
Ədəbiyyat
- "Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun fəlsəfə doktorları/Qəhrəmanova Şahnaz İsmayıl qızı". http://science.gov.az (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 6 Jun 2021 tarixində arxivləşdirilib.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |