Nurəddin Cəfərov
Nurəddin Cəfərov | |
---|---|
Cəfərov Nurəddin Cəmaləddin oglu | |
Nurəddin Cəfərov | |
Doğum tarixi | 1958 | [[Kateqoriya:{{{3}}} qeyri-müəyyən ayda doğulanlar]]
Doğum yeri |
SSRİ Azərbaycan SSR, Nuxa |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | texnika |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Elmi adı | professor |
Təhsili | Azərbaycan Politexnik İnstitutu |
Nurəddin Cəfərov — azərbaycanlı alim, texnika elmləri doktoru.
Haqqında məlumatlar
1933-cü ildə Nuxada anadan olub.
1953-cü ildə Nuxa Peqoji Məktəbini, 1959-cu ildə isə Azərbaycan Politexnik İnstitutunu fərqlənmə diplomu ilə bitirib. Təyinatla Sumqayıt şəhərində müəllimlik edib.
1960-cı ildə Azərbaycan SSR EA Qubkin adına Dərin Neft-Qaz Yataqları Problemləri İnstitutunun aspiranturasına daxil olub. 1960 – 2003-cü illərdə həmin İnstitutun Neft veriminin artırılmasının yeni üsullarının hidrodinamikası laboratoriyasında əvvəlcə mühəndis, daha sonra laboratoriya rəhbəri vəzifəsində işləyib.
1965-ci ildə Neftdaşıma Konturlarını Yerdəyişməsinin və Quyuların Vatareyalarının Sulaşması Prosesinin Hidrodinamik Tədqiqi mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
1992-ci ildə AEA Qubkin adına Dərin Neft-Qaz Yataqları Problemləri İnstitutunda Doktorluq dissertasiyası müdafiə edib.
SSRİ-nin Kazan, Penza, Tümen və digər şəhərlərində keçirilən elmi konfranslarda elmi məruzələrlə çıxış edib.
1980-cı ildə “Çoxlaylı neft yataqlarında quyuların sulaşması məsələləri” adlı monoqrafiyası dərc olunub.
130-dan artıq elmi məqalənin müəllifidir. Yeddi elmlər namizədi yetişdirib. Əldə etdiyi elmi nəticələr Azərbaycanda fəaliyyətdə olan Neft yataqlarında (Balaxanı, Suraxanı, Ramana, Səngəçal-dəniz, Bulla-dəniz), Türkmənistanda, Surqutda, Maykopda olan Neft yataqlarında tətbiq edilmişdir.
Elmi fəaliyyətlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub. Bakı Dövlət Universitetinin Şəki filialında dekan, kafedra müdiri, professor vəzifələrində çalışıb.
2007-ci ildə vəfat edib.
Mükafatları
- 1985-ci ildə bir qrup alimlərlə birlikdə Mürəkkəb dağ-geoloji şəraitində çoxlaylı neft yataqlarının öyrənilməsinin geoloji-geofiziki və hidrodinamik kompleksinin yaradılması və tətbiqi mövzusunda elmi işlərinə görə Qubkin adına mükafata layiq görülüb.
- 1996-cı ildə ABŞ Bioqrafiya İnstitutunun Araşdırmalar Assosiasiyası tərəfindən “İlin Adamı” fəxri adına və “Qızıl Val” mükafatına layiq görülüb.