Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Söhrab Arabov

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) (→‎Ədəbiyyat) tərəfindən edilmiş 17:16, 8 sentyabr 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Söhrab Arabov
Arabov Söhrab Əfəndi oğlu
Söhrab Arabov
Söhrab Arabov, Azərbaycan Rəssamlar İttifaqının sərgi salonu, 20 dekabr 2010-cu il.
Doğum tarixi 10 oktyabr 1945 (1945-10-10) (79 yaş)
Doğum yeri Nuxa, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of the Soviet Union.svg SSRİ
Təhsili Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi
Janrı teatr-rəssamlığı
Üslub avanqard

Söhrab Arabov — tanınmış teatr rəssamı, Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının quruluşçu rəssamı.

Haqqında ətraflı məlumat

10 oktyabr 1945-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1965-ci ildə Nuxa şəhər 10 №-li orta məktəbini bitirib.

1971-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə daxil olub; lakin 1973-cü ildə təhsilini yarımçıq buraxıb.

Əmək fəaliyyəti

1976-cı ildən Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında quruluşçu rəssam işləyir.

Yaradıcılığı

1989-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Müxtəlif illərdə Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunmuş sərgilərdə, həmçinin Moskvadakı “Mona Liza” (1995), İstanbuldakı “Bilim” (1997) qalereyalarının, Bakıdakı “Səttar Bəhlulzadə” qalereyasının (2008) və Muzey Mərkəzinin (2007, 2008) sərgilərində iştirak edib.

Əsərləri Azərbaycanın müxtəlif rəsm fondlarında, muzeylərdə, o cümlədən 60-dan çox əsəri ABŞ, Almaniya, Fransa, Norveç, Rusiya, Türkiyə və başqa ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.

2002-ci ildə quruşuçu rəssam olduğu teatr tamaşası “Qızıl Dərviş” mükafatına layiq görülüb.

2010-cu ilin 20 dekabr – 28 dekabr tarixləri arasında isə Bakıda – Azərbaycan Rəssamlar İttifaqının sərgi salonda, onun yaradıcılığına həsr olunmuş fərdi sərgisi təşkil edilib. Bu sərgidə Söhrab Arabovun avanqard üslubda, yağlı boya ilə kətan üzəridə işlədiyi 55 rəsm əsəri nümayiş etdirilib. Sərginin açılışında Mədəniyyət Nazirliyinin bir sıra rəsmiləri, bəzi xarici ölkə səfirliklərinin işçiləri, bir çox görkəmli mədəniyyət və incəsənət xadimləri, o cümlədən, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycan Respublikasının xalq artisti, bəstəkar Xəyyam Mirzəzadə və digər şəxslər iştirak ediblər.

Ədəbiyyat

  1. Məmmədov A. Şəkili rəssam Söhrab Arabovun çəkdiyi rəsmlər dekabrın 20-dən 27-ə qədər Bakıda – Azərbaycan Rəssamlar İttifaqının sərgi salonda, nümayiş etdiriləcəkdir : [arx. 03.02.2018] : [azərb.] // İpəkçi. — Müraciət tarixi: 08.09.2021.
  2. Şəkili rəssam Söhrab Arabovun çəkdiyi rəsmlər dekabrın 20-dən 29-na qədər Bakıda – Azərbaycan Rəssamlar İttifaqının sərgi salonda, nümayiş etdirilmişdir (azərb.) // Aydın Məmmədov (jurnalist) İpəkçi : qəzet. — Şəki: Azərbaycan, 2011. — В. 18 yanvar. — № 1(2275). — Səh. 4. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 Mar 2019 - 08 Sep 2021.
  3. Rəhimli İ. Söhrab Arabov // Şəki teatrı. — Bakı: Qanun, 2016. — Səhifələrin sayı:  383. — Səh.: 375-377. — 500 nüsx. — ISBN 978-9952-36-230-5.