Tələt Mehdiyev
Tələt Mehdiyev | |
---|---|
Mehdiyev Tələt Vahid oğlu | |
Tələt Mehdiyev. | |
Doğum tarixi | 16 fevral 1963 |
Doğum yeri | Nuxa (indiki Şəki) rayonunun Qoxmuq, Nuxa (indiki Şəki) rayonu, Azərbaycan SSR, SSRİ |
İş yeri | Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi, Şəki Rayon Mərkəzi (rəis) |
Elmi dərəcəsi | aqrar elmlər üzrə fəlsəfə doktoru |
Təhsili |
• S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutu, bitki mühafizəsi fakültəsi (1981–1986) • Elmi-Tədqiqat Bitki Mühafizə və Texniki Bitkilər İnstitutu, dissertantura (2007–2011) |
Həyat yoldaşı | Qızılgül Mehdiyeva |
Evladları | İbrahim və Asim |
Atası | Vahid Mehdiyev |
Anası | Şahnigar Mehdiyeva |
Elmi rəhbəri | kənd təsərrüfatı |
Mükafatları | |
facebook səhifəsi |
Tələt Mehdiyev — kənd təsərrüfatı sahəsi üzrə tanınmış mütəxəssis, aqrar elmlər üzrə fəlsəfə doktoru, Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Şəki Rayon Mərkəzinin rəisi.
Haqqında məlumatlar
16 fevral 1963-cü il tarixdə Nuxa (indiki Şəki) rayonunun Qoxmuq kəndində, ziyalı ailəsində anadan olub.
Təhsili
1980-cı ildə orta məktəbi bitirib.
1981 – 1986-cı illərdə S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (bitki mühafizəsi fakültəsi),
2007 – 2011-ci illərdə Elmi Tədqiqat Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunun dissertanturasında təhsil alıb.
Əmək fəaliyyəti
1980 – 1981-ci illərdə Şəki Kolxozlararası Tikinti Trestində ikinci dərəcəli fəhlə,
1986 – 2003-cü illərdə Şəki rayon Bitki Mühafizəsi Stansiyasında aparıcı aqronom vəzifəsində işləyib.
2003-cü ildən Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Şəki Rayon Mərkəzinin rəisi vəzifəsində çalışır.
Elmi fəaliyyəti
“Şəki – Zaqatala bölgəsinin payızlıq taxıl əkinlərində alaq otlarına qarşı mübarizə tədbirlərinin işlənməsi” mövzusunda dissertasiya işini müdafiə edərək aqrar elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 40-dan artıq elmi əsərin müəllifidir.
Təltif və mükafatları
- “Tərəqqi” medalı (2015)[1].
İctimai-siyasi aktivliyi
1997-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəsi
Ailəlidir, iki övladı var.
İstinadlar
Ədəbiyyat
- Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Kənd təsərrüfatı işçilərinin təltif edilməsi haqqında : [arx. 29.10.2017] // E-qanun.az. — 2015. — 29 oktyabr. — Müraciət tarixi: 07.02.2022.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |