Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Məmməd Cabbarov

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 21:35, 28 noyabr 2023 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Məmməd Cabbarov
Cabbarov Məmməd Həsən oğlu
Məmməd Cabbarov
Məmməd Cabbarov.
Digər adı Mamay
Anadan olub 29 noyabr 1927(1927-11-29)
Anadan olduğu yer Qışlaq kəndi, Nuxa (indiki Şəki) şəhəri, Şəki qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat edib 14 dekabr 1999 (72 yaşında)
Dəfn yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Həyat yoldaşı Səyyarə Cabbarova
Uşaqları Təbriz (1952), Aybəniz (1954), Eldar (1960)
Atası Həsən Cabbar oğlu Əliyev (–1944)
Anası Əsmayə Məmməd qızı Əliyeva (–1962)
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • Qazax Zoobaytar Texnikumu, qiyabi (1948–1952)

 • Bakı Ali Partiya Məktəbi (1959–1963)
Mükafatları "Qırmızı Əmək Bayrağı" ordeni

Məmməd Cabbarov (1927–1999) — tanınmış iş adamı və xeyriyyəçi. Uzun müddət Şəki ət-süd kombinatının direktoru vəzifəsində çalışmışdır.

Haqqında məlumatlar

29 noyabr 1927-ci il tarixdə Nuxa (indiki Şəki) şəhərinin Qışlaq kəndində anadan olub.

Təhsili

1934 – 1941-ci illərdə Nuxa şəhər 11 №-li orta məktəbində yeddiillik,

1948 – 1952-ci illərdə Qazax Zoobaytar Texnikumunun qiyabi şöbəsində orta ixtisas təhsili alıb.

1959 – 1963-cü illərdə Bakı Ali Partiya Məktəbinin dinləyicisi olub.

Əmək fəaliyyəti

1943-cü ildə Nuxa rayonundakı Orconikidze adına kolxozun fermasında əmək fəaliyyətinə başlayıb.

1945 – 1948-ci illərdə əvvəlcə Nuxa şəhər 10 №-li məktəbində, sonra isə Nuxa Kənd Təsərrüfatı Texnikumunda idman müəllimi,

1948 – 1952-ci illərdə Nuxa rayonunun Qışlaq kəndindəki Kirov adına kolxozda ferma müdiri,

1952 – 1953-cü illərdə Nuxa Rayon Kənd Təsərrüfatı şöbəsində zootexnik,

1953 – 1955-cü illərdə Nuxa rayonunun Cəfərabad MTS-də zootexnik,

1955 – 1959-cu illərdə Nuxa rayonunun Orconikidze adına kolxozunda zootexnik,

1963 – 1964-cü illərdə Nuxa kəsinti məntəqəsində usta,

1964 – 1979-cu illərdə Nuxa/Şəki ət kombinatının direktoru,

1979-cu ildən Şəki ət-süd kombinatının direktoru vəzifəsində çalışıb.

Təltif və mükafatları

Vəfatı

14 dekabr 1999-cu il tarixdə – 72 yaşında, Şəkidə vəfat edib.

Ədəbiyyat

  1. Orsər R. Mamay-Məmməd. — “Tural-Ə” Nəşriyyat Poliqrafiya Mərkəzi, 2001. — Səhifələrin sayı:  320. — Səh.: 9 – 10. — 400 nüsx.