Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Fuad Axundov

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) (→‎Ailəsi) tərəfindən edilmiş 17:10, 13 dekabr 2023 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Fuad Axundov
Axundov Fuad Namiq oğlu
rus.: Ахундов Фуад Намикович
Fuad Axundov
Fuad Axundov.
Anadan olub 12 may 1966 (1966-05-12) (58 yaş)
Anadan olduğu yer Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan→Flag of Russia.svg Rusiya
Təhsili M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutu, mühəndis-ekonomist ixtisası

Fuad Axundov — beynəlxalq səviyyədə tanınmış iş adamı, Rusiyanın Türkiyədə inşa etdiyi “Akkuyu” Atom Elektrik Stansiyasının baş direktoru, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin ilk və sabiq sədri.

Haqqında məlumatlar

12 may 1966-cı il tarixdə Bakıda anadan olub.

Təhsili

M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunu mühəndis-ekonomist ixtisası üzrə bitirib. Texas Universitetində MBA (ing. Master of Business Administration) kursu keçib. Həmçinin, Yaponiya Beynəlxalq Maliyyə Mərkəzinin və Beynəlxalq Valyuta Fondu nəzdində Birləşmiş Vyana İnstitutunun diplomlarını alıb.

Əmək fəaliyyəti

Əmək fəaliyyətinə SSRİ Müdafiə Nazirliyinin Xüsusi Tikinti Baş İdarəsi sistemində texnik işləməklə başlayıb, sonra orada Normativ-Tədqiqat Stansiyasının rəisi vəzifəsinədək yüksəlib.

1991-ci ildən Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində və Azərbaycan Respublikasının Prezident aparatında müxtəlif vəzifələrdə çalışıb.

1993-cü ildən Azərbaycan Milli Bankının İdarə Heyəti sədrinin müavini,

1995 – 2001-ci illərdə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri olub.

2001-ci ildən əmək fəaliyyətini Rusiya Federasiyasında davam etdirib; o cümlədən,

2001 – 2003-ci illərdə “NİKoyl” İnvestisiya Bank Qrupunin icraçı direktoru, birinci vitse-prezidenti,

2003 – 2006-cl illərdə “Bank Uralsib” ASC-nin prezidenti,

2006-cı ildən özünün yaratdığı “Birləşmiş Kapital” (rus.: Birləşmiş Kapital) İnvestisiya Qrupuna rəhbəri və London “Silkroutefinancial” Foundunun Müşahidə Şurasının üzvü

2012-ci ildən “Uralsib Esset Menecment” (rus.: Уралсиб Эссет Менеджмент) İdarəetmə Şirkətinin direktorlar şurasının sədri və “ZNAK” (rus.: ЗНАК) ASC-nin baş direktoru vəzifəsində çalışıb.

1 aprel 2014-cü il tarixdən Rusiyanın Türkiyədə inşa etdiyi “Akkuyu” Atom Elektrik Stansiyasının baş direktorudur.

Ailəsi

Atası Namiq Axundov M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunda dosenti olub. Namiq Axundovun atası Sadıq Axundov lənkəranlıdır və sovet dövründə Bakıda həkim işləmişdir. Namiq Axundovun anası Xanım Axundova isə şəkilidir və sovet dövründə Bakının Oktyabr (indiki Yasamal) rayonunda xalq məhkəməsinin sədri vəzifəsində çalışmışdır.

Fuad Axundovun bacısı Nigar Axundova Tibb Universitetinin ginekologiya kafedrasında işləyir, tanınmış ginekoloqdur.

Ədəbiyyat

  1. Ахундов Фуад Намикович : [arx. 3 Aug 2014 - 5 Feb 2023] : [rus.] // Научно-деловой портал «Атомная энергия 2.0». — Müraciət tarixi: 13.12.2023.